Art
“Bu şəhərdə”nin səhnəciyi İranı ÇALXALADI - VİDEO
“Bu şəhərdə” komandasının Heydər Əliyev sarayında baş tutan “Əkkiz mart” konsertindən paylaşılan səhnəcik İran sosial şəbəkələrində müzakirəyə çıxarılıb.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, "Milyonçu şouda iranlı nazir" başlığı ilə Yutub platformasına yerləşdirilən səhnəcik qısa müddətdə həm güneylilər arasında, həm də İranın bir sıra Teleqram kanallarında paylaşılıb.
Səhnəcikdə iranlı nazirə ünvanlanmış suallarda İran-Azərbaycan münasibətlərinin hazırkı durumu yumorla göstərilib.
İranda azərbaycanlıların ana dilindən məhrum edilməsi, Tehran-İrəvan qardaşlığı, Müharibə zamanı ölkəmizə İranın deyil, İsrailin dəstək verməsi, Təbrizin Azərbaycanın qədim şəhəri olması, İslam Respublikasından ölkəmizə qeyri-qanuni yollarla narkotik ixracı kimi sualları doğru cavablandıran iranlı nazir obrazı güneylilər arasında rəğbətlə qarşılansa da, İran mediası bunu təhqir olaraq dəyərləndirib.
“Tehran mediası səhnəcikdəki dialoqu “tarixin saxtalaşdırılması” adlandıraraq, tamaşaçılara yalan informasiyanın çatdırılmasında aktyorları günahlandırır.
Həmçinin, sonda Rafael İsgəndərovun “O taylı-Bu taylı azərbaycanlılar” xitabı ilə güneyli şair Səhəndin “Arazı ayırdılar” şeirini səsləndirməsi isə Quzey sənətçilərinin Xordad qiyamı ərəfəsində Güneylə həmrəylik göstərməsi kimi qarşılanıb.
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi






.jpg)
.jpg)

.jpg)













.jpg)












