Art
Zeynəb Xanlarova illər sonra bunu etdi - Video
Xalq artisti Zeynəb Xanlarova illər sonra Mədəniyyət Nazirliyi üçün kamera qarşısına keçib.
Publika.az xəbər verir ki, bu barədə nazirlik sosial media hesablarında paylaşım edib.
“Mədəniyyət sizinlə tanınır! Xalq artisti Zeynəb Xanlarova” başlıqlı videoda sənətçi fikirlərini belə ifadə edib:
“Mən anamı həmişə çox sevmişəm. Anama olan sevgi sənətimə də var. Onun qiymətini anam qədər bilirəm. Mənə heç kim deməyib get, oxu! Özümün həvəsim olub. Bir də atam çox istəyərdi ki, oxuyum. Bu sənət uşaq kimidir. Onu buraxdınsa, qiyməti olmayacaq. Qədrini bilmək lazımdır, bu sənəti yerə vurmaq olmaz. Xalqın sevgisini qazanmaq üçün sən gərək xalqa hörmət edəsən.
Hörmət də nədir? Balaca səsinlə də olsa, oxu. Hərdən bir su da iç, oxu, eybi yoxdur. Ancaq özün ol! Hanı Şövkətlər, hanı Saralar, hanı Rübabələr? Bunlar hamısı “mikrofon oxuyan”ları olmayıb e! Məni səhnədən dartıb çıxarmayınca yorulmuram. Səhnəyə çıxanda, mənə dünyanı verirlər. Mənim suyumdur, havamdır, elə bir qiymətli şeydir ki, ondan doya bilmirəm. Çörək yeməyə, su içməyə bilərəm, ancaq musiqisiz yaşaya bilmərəm. Mən Zeynəbəm xalqım üçün! Sizi, xalqımı sevirəm! Vətənsiz, xalqsız yaşaya bilmərəm!”.
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır
-
ABŞ09:00ABŞ-da növbəti "şatdaun" - Tramp tarix verdi






.jpg)
.jpg)



.jpg)

.jpg)









.jpg)

.png)


.jpg)










