Art
“Rəis öz iş yerindədir!” - Həyat yoldaşının təyinatından yazdı
Rusiyanın Xalq artisti, opera ifaçısı Anna Netrebko həyat yoldaşı – Azərbaycanın Xalq artisti Yusif Eyvazovun Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsinə təyin olunması ilə bağlı instaqram hesabında paylaşım edib.
Publika.az xəbər verir ki, Netrebko paylaşımında yazıb:
“Rəis öz iş yerindədir! Belə bir teatrı idarə etmək böyük məsuliyyətdir! Bilirəm ki, bacaracaqsan. Sənin inanılmaz enerjin, iradən, dürüstlüyün və ən əsası - ölkən üçün vacib bir iş görmək istəyin. Tezliklə burada sənət məbədi olacaq”.
Xatırladaq ki, aprelin 7-də Y. Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, A. Netrebko hazırda Bakıdadır və 719 minə yaxın instaqram izləyicisini Azərbaycanın paxtaxtı və mədəniyyəti ilə tanış edir. (qafqazinfo)




-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi

























.jpg)









