Art
“Teymurləngin tamğası” kitabının təqdimatı keçirildi - FOTO
Bakı Kitab Mərkəzində Emil Məcidovun “Teymurləngin tamğası” kitabının təqdimatı keçirilib.
Publika.az xəbər verir ki, ilk cümhuriyyətin 105 illiyi ərəfəsində Moskvanın “Yauza” nəşriyyatında işıq üzü görən bədii əsər oxucuları XX əsrin əvvəllərində cərəyan edən hadisələrə aparır.
Təqdimat mərasimində Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı, Milli Məclisin deputatı Hicran Hüseynova, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək kitab haqqında təəssüratlarını bölüşüb, onun tariximiz üçün dəyərli mənbə olduğunu vurğulayıblar.
Bildirilib ki, romanda 1920-ci il Gəncə üsyanı zamanı Azərbaycan Ordusunun zabitləri bolşevik hakimiyyətinin repressiyalarına və soyğunlarına qarşı çıxdıqları zaman baş verən hadisələr təsvir edilir. Macəra romanı janrında, sərbəst dildə yazılmış əsər Azərbaycan xalqının müstəqillik, Vətən uğrunda keşməkeşli mübarizəsi, azadlığı uğrunda canlarını qurban verən, müxtəlif inanclı, fərqli təbəqəni təmsil edən cəsur qəhrəmanlardan bəhs edir.
Təqdimat televiziya aparıcısı Leyla Seyidzadənin moderatorluğu və Emil Məcidovun iştirakı ilə diskussiya şəklində davam edib.
Qeyd edək ki, rus dilində nəşr olunan kitabı iyun ayından etibarən Bakı, Moskva və Sankt-Peterburqun kitab mağazalarında, eləcə də onlayn mağazalarda əldə etmək mümkün olacaq.
-
Nida Xəbər 10:27TƏBİB-in İcraçı direktoru bu komissiyadan çıxarıldı
-
Sosial09:40Bakıda qız-gəlinləri oynadan dondurmaçı - Rəzalət, yoxsa əyləncə?
-
Hadisə09:20Barselona metrosunda yanğın: Xəsarət alanlar var - Video
-
Dünya09:00Dünya müharibəsi başlayır? - İkinci addım da atıldı, bundan sonra...
-
Qoroskop07:35Avqustda 4 bürcə pul gələcək
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi








.jpg)
.jpg)
.jpg)
.jpg)










.jpg)
.jpg)





.webp)








