Art
“Millət naminə” təqdim olunacaq
Bu gün Nizami Kino Mərkəzində Mehmandarovlar nəslindən bəhs edən “Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” sənədli filminin ilk nümayişi baş tutacaq.
Publika.az xəbər verir ki, filmdə Qarabağın hökmdarı İbrahim Xəlil xanın mehmandarı Mirzə Əli bəy tərəfindən əsası qoyulmuş, daha sonra Şuşada və Azərbaycanın digər bölgələrində məskunlaşan Mehmandarovlardan bəhs edilir.
Mehmandarovlar XX-XXI əsrlərdə Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus rol oynayıb. Filmin əsas qəhrəmanı Peterburq Tibb-Cərrahlıq Akademiyasının məzunu Əbdül Kərim bəy Mehmandarovun həkimlik fəaliyyəti ilə yanaşı ötən əsrin əvvəllərində Qarabağın və ümumilikdə Azərbaycanın tarixində əhəmiyyətli rol oynaması, eləcə də 1905-1906-cı illərdə ermənilərin törətdiyi qırğınlara qarşı şuşalıların mütəşəkkil qaydada müqavimət göstərməsində, xalqın səfərbər edilməsində və Difai təşkilatının yaradılmasında müstəsna xidmətləri əksini tapır. Əsas süjet xətti onun və kadrda görünməyən daha bir personajın - Səsin apardığı söhbətlərdən ibarətdir.
Filmin çəkilişləri Bakıda və Şuşada aparılıb.
“Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” sənədli filmi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin rejissoru Yavər Rzayev, ssenari müəlllifləri Yavər Rzayev, Vasif Quliyev, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Azər Hacıəsgərli, montaj rejissoru Elşad Rəhimov, prodüseri Nazim Hüseynovdur.
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi

























.jpg)









