Art
Əməkdar artistin kitabı nəşr olundu
Uzun müddət ölkədən kənarda – Şimali Kipr Türk Cümhuriyyətində pedaqoji fəaliyyət göstərən, eyni zamanda yaradıcılıq fəaliyyətini davam etdirən görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin kitabı nəşr olunub.
Publika.az xəbər verir ki, bu barədə "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu məlumat yayıb. Sosial mediada görməkli bəstəkarla fotolarını paylaşan Şahbaz Xuduoğlu bildirib ki, Cavanşir Quliyevin "Müşfiq Ağıları" oratoriyası kitab halında nəşr olunub. Nəşriyyatın direktoru, həmçinin bəstəkarı bu münasibətlə təbrik edib.
Məlumat üçün bildirək ki, unudulmaz şair Mikayıl Müşfiqin (1908-1938) faciəvi taleyinə həsr olunmuş oratoriyanın libretto müəllifi Xalq şairi Sabir Rüstəmxanlıdır.
Əsərin librettosu proloq, “Ana ağısı”, “Vətən ağısı”, “Söz ağısı”, “Azadlıq ağısı”, “Eşq ağısı”, “Həyat ağısı”, beş “Qaragüruh” və epiloqdan ibarətdir.
Oratoriyanın bölmələrində nakam ömür yaşamış şairin məşəqqətli həyatı təsirli musiqi lövhələri və poetik ifadələrlə təsvir edilib.
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir





































