Art
Mədəniyyət naziri Özbəkistana getdi - FOTO
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının 30 illiyinə həsr olunan tədbirlərdə iştirak edir.
Bu barədə Publika.az-a Mədəniyyət Nazirirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
A.Kərimli öncə Özbəkistan Dövlət Tətbiqi Sənət Muzeyində keçirilən "Türk dünyası" adlı sərgisinin açılışında iştirak edib.
Sərginin açılışında Özbəkistan Mədəniyyət naziri Ozodbek Nazarbekov çıxış edərək Özbəkistanın Türk mədəniyyətinə verdiyi töhfələr, Özbəkistanın TÜRKSOY-un layihələrində iştirakı haqqında fikirlərini bölüşüb və təşkilatın əhəmiyyətindən danışıb.
TÜRKSOY-un baş katibi Sultan Rayev Özbəkistanda keçirilən tədbirlər, təşkilatın 30 illik yubileyi, həyata keçirilən işlər və gələcəkdə Türk mədəniyyətinin təbliğinə dair reallaşdırılacaq layihələr haqqında məlumat verib.
Sonra qonaqlar Özbəkistan Dövlət Tətbiqi Sənət Muzeyi, onun stendləri, müxtəlif guşələri ilə tanış olublar.
Muzeyin həyətində açıq havada TÜRKSOY üzv dövlətləri ilə reallaşdırılan layihələrə dair fotosərgi təqdim edilib və hər bir ölkənin milli mətbəxinə dair stendə baxış keçirilib.
Milli mətbəx sərgisində Özbəkistan, Azərbaycan, Qırğızıstan, Türkiyə, Qazaxıstan və Türkmənistanın mətbəxinə aid yeməklər təqdim olunub.

-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir





































