Art
Azərbaycan filmi beynəlxalq müsabiqədə qalib oldu - VİDEO
16-18 iyun tarixlərində Qazaxıstanın Türkistan şəhərində “Altın Saka” III Beynəlxalq Animasiya filmləri festivalı keçirilib.
Publika.az xəbər verir ki, türkdilli ölkələrin animasiya filmlərinin iştirak etdiyi festivalın müsabiqə proqramına 41 film seçilib. Münsiflər heyətinin dəyərləndirməsindən sonra qaliblər müəyyən olunub. Festivalın qalibləri arasında “OB FILM” studiyasının istehsalı olan “Tarix” animasiya filmi də var. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş “Tarix” filminin rejissoru Ceyhun Türksoy, bəstəkarı Şəmsi Tağıyev, ssenari müəllifi və prodüseri Orxan Behbiddir.
Qeyd edək ki, film məktəb gündəliyində qeyd olunan rayonlarımızın işğal tarixlərini heç cür əzbərləyə bilməyən oğlan haqqındadır. O, oyuncaqları ilə oynadıqdan sonra yuxuya gedir. Yuxuda qəhrəmanımızın oyuncaqları real hərbi texnikalara çevrilərək düşmənin üzərində zəfər çalır. Uşaq oyanır, gündəliyi açır və işğal tarixlərinin üzərindən qırmızı xətt çəkildiyini qürurla seyr edir.
Qeyd edək ki, "Tarix" filmi bundan öncə Bakıda keçirilən 5-ci “ANIMAFILM International Animation Festival”ında, Hindistanda 19-cu “Aakruti-My Creation International Film Festival”ında (Quarter-Finalist), Filippində “Batangas Balisong Film Festival”ında (Finalist) və Xorvatiyada 14-cü “VAFI & RAFI - International Children and Youth Animation Film Festival”ında iştirak edib.
“Tarix” filmi “Altın Saka” Festivalının üçüncülük mükafatına layiq görülüb.
“Altın Saka” festivalının münsiflər heyətində Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Azərbaycandan olan kino mütəxəssisləri iştirak ediblər. Azərbaycanı münsiflər heyətində “Azərbaycanfilm” kinostudiyasının əməkdaşı, ADMİU-nun müəllimi, ssenarist Ramil Ələkbərov təmsil edib.
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir





































