Art
Bütün daşlar yerinə oturub, bəs notlar? - Ümumdünya Musiqi Günündə Azərbaycan ladı
21 iyun Ümumdünya Musiqi Günü kimi qeyd olunur. Bu ideya 1976-ci ildə amerikalı musiqiçi Coel Koen tərəfindən irəli sürülüb. O, yay gecə-gündüz bərabərliyini qeyd etmək üçün iyunun 21 dən 22-nə keçən gecə musiqi festivalı keçirməyi təklif edir və beləliklə, həmin gün tarixdə Ümumdünya Musiqi Günü kimi qalır və qeyd olunur. Azərbaycan musiqisi də dünya musiqisinin ayrılmaz parçasıdır. Həm də gözəl parçası. Milli musiqimizin ən yadda qalan nümunələri keçən əsrdə yaradılıb. Günümüzdə də bu ənənə davam edir.
Azərbaycan musiqisinin hazırki vəziyyəti ilə bağlı bəzi tanınmışların fikirlərinin öyrəndik.
Əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə Publika.az-a açıqlamasında Ümumdünya Musiqi Günü münasibətilə bütün musiqiçiləri və musiqi sevərləri təbrik edib.
“Azərbaycan yeganə ölkədir ki, musiqi janrının bütün qollarında inkişaf edib. Musiqimiz dünyada öz sözünü deyib. Musiqinin bir çox çox qolları var. Bizim musiqiçilər bu qollarda çox böyük göstəricilərə imza atıb. 21 iyun Dünya Musiqi Günündə Azərbaycan musiqisini qənaətbəxş və yüksək qiymətləndirirəm. Hazırda Azərbaycan musiqiçiləri musiqilərimizi dünyaya çıxarmaq üçün ciddi işləyirlər. Bu günləri illərdi anonim səslənənən əsərlərimizin müəlliflərini rəsmiləşdirmişik. Həmin musiqilər artıq Azərbaycan musiqisi kimi dünyaya çıxır”, - deyə G.Həsənzadə bildirib.

Bəstəkar kinofilmlər və beynəlxalq layihələrdə bizim musiqilərə, musiqiçilərə, bəstəkarlara olan müraicətlərin artdığını vurğulayıb:
“Bu da çox yaxşı göstəricidir. Azərbaycan musiqi mədəniyyətini daha geniş təqdim etmək imkanındadır. Keçmişlə bu günkü musiqimiz arasındakı fərq ondan ibarətdir ki, musiqi arenamız genişlənib. Yəni, mahnılarımız, musiqilərimiz aid olduğu müəllifin imzası ilə səsləndirilir. Keçmişdə burada çox böyük boşluq var idi. Lakin indi o boşluq dolub. Keçmiş mahnılar bu günləri yeni aranjemanda səslənir. Texiki inkişaflar, texnikanın mədəniyyətə, incəsənətə müdaxiləsi periodunu artıq keçmişik. Bu gün bütün daşlar yerinə oturub. Müasir ritmləri, aranjemanları öz kadrlarımız öyrənib. Bu da bizim musiqiyə yeni ahəng verir”.
Gövhər Həsənzadə müasir trendlərin Azərbaycan musiqisinə təsir etdiyini diqqətə çatdırıb:
“Bunların içində mənim də mahnılarım var. Lakin o ifaları, yeni aranjemanları dəstəkləyirəm ki, musiqini peşəkarın özü ilə hazırlayırlar. Məsələn, bu yaxında çox populyar olan Niyaməddin Musayev ft Dərviş Bandın ifa etdiyi “Dünya sənin, dünya mənim” musiqisi ölkədə trendə çevrilmişdi. Bütün yeni başlayanlar əgər peşəkarlarla birgə işləyəcəklərsə, o zaman onlar da peşəkar olacaqlar. Necə ki, biz özümüz də elə etmişik. Belə olduğu halda Azərbaycan musiqisi öz simasını itirməyəcək. Öz mahnılarımdan olan, Faiq Ağayevin ifa etdiyi “Ömür bumu” mahnımı MARDAN ft. Jay Meel ifa edib. Həmin qrup “Yar, aman, yar” mahnımın üzərində işləyir. Musiqinin təqdimatına hazırlaşırıq. Yaradıcılığımda da musiqiçilərlə birgə mahnılarım üzərində işləyirik. Bütün bunlar musiqimizin inkişafı üçün vacibdir”.

Xalq artisti Fidan Hacıyevanın sözlərinə görə isə əvvəlki mahnılarımız indiyə qədər oxunur, sevilir:
“Bəzən onlara aranjemanla yeni nəfəs verirlər ki, bu da uğurlu alınır. Bu günün özündə də istedadlı cavan bəstəkarlarımız var. Gözəl bəstələr ərsəyə gəlir. Ara musiqiləri də eşidirik. Adlarını bəstəkar qoyublar, ancaq peşəkarlıqdan söhbət gedə bilməz. Musiqini üç notun üzərində yazırlar. Baxırsan ki, dramaturgiya xətti və melodiyası yoxdur”.
Fidan Hacıyeva bildirib ki, elə mahnılar var ki, nə başlanğıcı var, nə sonu:
“Sözləri də hardansa götürürlər. Ona görə də professional musiqiçilər çox vaxt köhnə mahnılara müraciət edir, yeni aranjemanda təqdim edirlər. Bunu müsbət qiymətləndirirəm, lakin çox çərçivədən çıxmamaq şərtilə. Doğurdan da bizim gözəl bəstəkarlarımız olub, əsərləri ölməzdir. Klassik əsərlər, retro mahnılar həmişə yaşayacaq, çünki görkəmli sənətkarlar tərəfindən yazılıblar”.
Aysel
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop22 Aprel 17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz























.png)














