Art
Çingiz Əhmədov: “Deyirdilər ki, atanız qadın paltarı geyinir”
“39 ildir ki, Akademik Musiqili Teatrda çalışıram. Həmkarım Rəhman Rəhmanov isə 50 ildir ki, Abdulla Şaiq adına Dövlət Kukla Teatrında işləyir. “Oradan-buradan”ı yenidən bərpa etmək üçün həm vaxt, həm də məşqlər lazımdır. Eyni zamanda da güclü ssenaristə ehtiyac var. Bizim ssenaristimiz dünyasını dəyişib. Bütün güc onda idi”.
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədov “Qonağın qonağı” verilişində deyib. Aktyor bir vaxtlar həmkarı Rəhman Rəhmanovla oynadığı “Oradan-buradan” silsilə teletamaşalarını dayandırma səbəbindən danışıb:
“O zamanlar övladlarım İbrahim və Çinarə kiçik yaşda idilər. Onları mütəmadi təhsil aldıqları 189 saylı orta məktəbdən götürürdüm. Onların yaşıdları uşaqlarımın başına yığışıb deyirdilər ki, bunların ataları “arvad paltarı”nda səhnəyə çıxır. Bunu eşitdim və mənə çox pis təsir etdi. O sözlərdən sonra dedim ki, qadın obrazında çıxış etmək yetər. 2006-cı ildə sonuncu “Oradan-buradan” konsertini verdik.
Dedim ki, bununla da biz qadın paltarı geyinərək qadın obrazlarına son qoyuruq. Hər şeyin vaxtı, zamanı var. Bu da tükənməli, bitməlidir. Olmaz! Mən aktyoram.
Qadın paltarını çalışdığım teatrda da geyinə bilərəm. Marat Haqverdiyevin “Qısqanc ürəklər” komediya tamaşasında “hamilə qadın” və “sevgili qəhrəman” rolunu canlandırırdım. Teatr aktyorlarına qadın paltarı geyinib bu obrazı oynamaq çox çətindir. Bizdən əvvəl qadın obrazlarını Mirzəağa Əliyev, Mösüm Sənani, Rafael Dadaşov, Yaşar Nuri canlandırıb”.
-
Magazin123:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin121:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO






.jpg)
.jpg)

.jpg)














.jpg)










