Art
Qara Qarayevin ev-muzeyində Xalq artisti Tofiq Bakıxanovla görüş keçirildi - FOTO
İyulun 12-də Qara Qarayevin ev-muzeyində Mədəniyyət Nazirliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Xalq artisti, görkəmli bəstəkar Tofiq Bakıxanovla görüş keçirilib.
Publika.az xəbər verir ki, ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutan tədbir ulu Öndər Heydər Əliyev və Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.
Tədbiri giriş nitqi ilə Qara Qarayevin ev-muzeyinin direktoru Züleyxa Qarayeva açıb. O görüş iştirakçılarını salamlayaraq, rəhbəri olduğu muzeyin fəaliyyətləri haqqında məlumat verib. Bildirilib ki, il ərzində muzeydə müxtəlif miqyaslı tədbir və layihələr həyata keçirilir. “Heydər Əliyev İli”nə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutan görüşün ölkəmizdə mədəniyyət və incəsənətin gənclər vasitəsilə təbliği nöqteyi-nəzərdən olduqca önəmli olduğunu vurğulayan Züleyxa Qarayeva “İrəli” İctimai Birliyi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, təşkilatın çoxşaxəli fəaliyyətində uğurlar arzu edib.
“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı çıxışı zamanı “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutan görüşün Qara Qarayevin ev-muzeyində keçirilməsinə görə öz təşəkkürünü bildirib. O diqqətə çatdırıb ki, layihənin “Heydər Əliyev İli” çərçivəsində keçirilməsi təsadüfi hal deyil. Ulu Öndər Heydər Əliyev öz fəaliyyəti dövründə bütün sferalarda olduğu kimi mədəniyyət sahəsinə də böyük diqqət ayırıb. Hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.ss
Daha sonra Xalq artisti Tofiq Bakıxanov geniş təqdimatla çıxış edib. Təqdimat müddətində onun müəllifi olduğu əsərlər, dahi bəstəkarın ümummilli Lider Heydər Əliyev, eləcə də onun müəllimi olmuş Qara Qarayevlə olan xatirələrindən söhbət açılıb. Tədbir “Bəstəkarlıq sənətinin inkişafı: ümummilli Lider Heydər Əliyevin mədəniyyət siyasəti kodeksində”, “Azərbaycan bəstəkarlarının yaradıcılığında Heydər Əliyev fenomeni” və “Azərbaycan bəstəkarlıq sənətinin qorunması, ötürülməsi, tədqiqi və təbliğində gənc nəslin rolu” mövzularına panel müzakirə ilə davam edib, auditoriyanın çoxsaylı sualları cavablandırılıb.
Görüşün bədii hissəsində gənc musiqiçilərin təqdimatında Azərbaycan bəstəkarlarının məşhur əsərləri təqdim olunub. Tədbirin sonunda xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, müxtəlif istiqamətlər üzrə mövcud problemlərin həlli və yaradıcı ideya bankının formalaşdırılmasıdır. Layihə çərçivəsində il ərzində musiqi, rəqs, teatr, memarlıq, sənətkarlıq, təsviri sənət, kino indüstriyası, fotoqrafiya sənəti, ədəbiyyat və nəşriyyat, televiziya və radio sahələri üzrə görkəmli və peşəkar mədəniyyət xadimləri ilə gənclərin müxtəlif məkanlarda interaktiv görüşləri təşkil olunacaq.
-
Sosial13:06Sabah 33 dərəcə isti olacaq
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma







.jpg)






























