Art
“Barbenheimer” Amerikaya milyonlar qazandırdı - VİDEO
İyulun 21-də böyük ekranlara çıxan "Barbie" və Oppenheimer filmləri rekord qırıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Qreta Qerviqin “Barbie”si bir həftə ərzində dünya üzrə 377 milyon dollar, Kristofer Nolanın “Oppenheimer”i isə 174,2 milyon dollar qazanaraq böyük uğur qazanıb. "Barbie" dünya şöhrtəli fizikdən bəhs edən "Oppenheimer"in gəlirindən iki dəfə çox gəlir əldə edib.
Eyni zamanda məlum olub ki, "Barbie" çəkilişlərinə 145 milyon dollar xərclənib. "Oppenheimer"in büdcəsinin isə 100 milyon dollar olduğu açıqlanıb.
Qreta Qerviq bu uğuru ilə tarix yazıb. Belə ki, qadın rejissorun çəkdiyi ekran işi bir həftə ərzində ən çox gəlir gətirən filmi olub.
İki film eyni tarixdə vizyona girdiyi üçün sosial mediada istifadəçilər ona “Barbenheimer” adını verib. Belə hesab olunurdu ki, iki filmin nümayişi eyni gündə nümayişə çıxması birinin uğur qazanmasına mane olacaq. Lakin məlum olduğu kimi, "Barbie" və "Oppenheimer" bir həftə ərzində kassada ümumilikdə 551 milyon dollardan çox qazanc əldə edib və bununla da dünyada dördüncü olub. Həmçinin COVID-19 pandemiyasından sonra ilk dəfədir ki, filmlər bu qədər populyarlaşır.
Qeyd edək ki, "Barbie" ABŞ şirkəti, film və teleserialların istehsalı ilə məşğul böyük müəssələrdən biri olan "Warner Bros Pictures.Bros", "Oppenheimer" isə "Universal Pictures"in istehsalı ilə çəkilib.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər






































