Art
Azərbaycanlı cütlüyün baş rollarda çəkildiyi film səs-küyə səbəb olacaq - VİDEO
Aktrisa Ülviyyə Xəlilbəyli həyat yoldaşı Murad İsmayılla birlikdə "Başabaş" adlı filmdə baş rollarda çəkiliblər.
Publika.az xəbər verir ki, "A Class Production" istehsalçı şirkətin təşkilatçılığı ilə lentə alınan ekran işinin rejissorluğunu Kənan Zeynalov həyata keçirib. Filmin ssenarisi də rejissora aiddir.
Film nədən danışır?
Dəniz, evli olan məşhur iş adamı Pünhan Ağayevin gənc sevgilisi ilə əl-ələ fotolarını öz maqazin səhifəsində yayımlayır. Xəbər şəhərə yayılan kimi Pünhan, Dənizi öz restoranına - görüşə çağırır. Dəniz söhbəti nə qədər yumşaltmağa çalışsa da, bu görüş getdikcə gərginləşir. Əsas hadisələr də bundan sonra cərəyan edir.
"Başabaş" “Metaflix” platformasında nümayiş olunur. Azərbaycanda film və serial sahəsində fəaliyyət göstərəcək “Metaflix” adlı müasir standartlara uyğun yeni internet platformasıdır. Bir neçə ildir ki, üzərində işlənilən bu layihə yerli və xarici istehsalın məhsulu olan filmləri nümayiş etdirməklə yanaşı, həm də platformanın təşkilatçılığı ilə istehsal olunacaq audiovizual məhsullar təqdim edir.
Qeyd edək ki, aktrisa Ülviyyə Xəlilbəyli ilə Murad İsmayıl "Vicdan haqqı" serialında tanış olublar. Onların bu nikahından iki oğulları var. Xatırladaq ki, ötən il cütlüyün boşandığı iddia edilirdi. Cütlük bu xəbərlərlə bağlı danışmağı sevməsə də, daha sonra aktrisa verdiyi müsahibələrin birində aralarındakı problemləri həll etdiklərini bildirmişdi.
-
Region00:15Türkiyə-Ermənistan sərhədində hərəkətlilik başladı
-
Sosial00:00Leyla Əliyeva pianoda bu mahnını ifa etdi - VİDEO
-
İKT30 İyun 23:24"TikTok" 3,5 milyon cərimələndi
-
Magazin130 İyun 22:00Xanımı İbrahim Borçalıdan üzr istədi
-
Sosial30 İyun 21:51Azərbaycanda uşaq qidasının tərkibində toksinlər aşkarlandı - Tonlarla məhsul geri qaytarıldı
-
Sosial30 İyun 21:24Paytaxtın iki rayonunun bir sıra əraziləri qazsız qalacaq
-
Magazin130 İyun 20:36Hadise və Gülşen onu məhkəməyə verir
-
İdman30 İyun 20:12Messi "Hörümçək Adam"la birlikdə uçdu - VİDEO






.jpg)






























