Art
Rasim Balayevin arzusu: Elə belə, söhbət edə-edə gedim o biri dünyaya
Bu gün Azərbaycanın Xalq artisti, aktyor Rasim Balayevin doğum günüdür. Onun 75 yaşı tamam olur. Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün, gecəyarısı” kimi filmlərdə epizodik rol oynayıb. “Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarda filmlərə çəkilib. Ötən gün Prezident İlham Əliyev Rasim Balayevi “İstiqlal” ordeni ilə təltif edib.
Bununla bağlı Xalq artisti Publika.az-a açıqlamasında qeyd edib ki, 75 yaş Rasim Balayev üçün qocalıq deməkdir:

“Yaşadığım ömürdə sevincli günlərim qədər, kədərli günlərim də oldu. Bir ömür yaşadıq. Allah mənə sağlam ömür verdi. Şükürlər olsun ki, hələ də yaşayıb yarada bilirəm. Özümə arzum odur ki, Allah mənə nə qədər ömür veribsə, xəstələnməyim, ayaq üstə keçirim. Elə belə, söhbət edə-edə gedim o biri dünyaya. Ötən gün Prezidentimiz tərəfindən “İstiqlal” ordeni ilə təltif olundum. Ad günümü daha da özəlləşdirdi”.
Aysel Şahmar
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər






































