Art
Akif İslamzadəyə Fəxri diplom təqdim edildi
Bu gün Mədəniyyət Nazirliyində Azərbaycan estrada sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Akif İslamzadə ilə görüş keçirilib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Nazir Adil Kərimli bu günlərdə 75 yaşı tamam olan Akif İslamzadəni yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və uzun ömür arzulayıb. Sonra sənətkara Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim olunub.
Qeyd edilib ki, Akif İslamzadə ifa üslubu ilə Azərbaycan estrada sənətinin inkişafına, ifaçılıq məktəbinin zənginləşməsinə töhfələr verib. Estrada ifaçılıq sənəti ilə bərabər, xalq mahnılarımızın da ifasında özünəməxsus üslubunu, dəst-xəttini yaradan müğənni xalqın böyük sevgisini qazanıb. Bu gün gənc nəsil müğənnilər onun da ifaçılıq ənənələrindən bəhrələnirlər. Musiqiçi ailəsində dünyaya gələn müğənni milli musiqi ənənələrimizə sadiqliyi ilə hər zaman nümunə olub. Mahnı ifaçılığında özünəməxsus yeri olan Akif İslamzadənin səsində lentə alınan nəğmələr bu gün də sevə-sevə dinlənilir, müğənnilərin repertuarında yer alır.
Akif İslamzadə fəaliyyətinə göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.
Görüşdə musiqi sənətimizin inkişafı və klassik estrada ənənələrinin yaşadılması ilə bağlı fikir mübadiləsi aparılıb.
-
Region00:15Türkiyə-Ermənistan sərhədində hərəkətlilik başladı
-
Sosial00:00Leyla Əliyeva pianoda bu mahnını ifa etdi - VİDEO
-
İKT30 İyun 23:24"TikTok" 3,5 milyon cərimələndi
-
Magazin130 İyun 22:00Xanımı İbrahim Borçalıdan üzr istədi
-
Sosial30 İyun 21:51Azərbaycanda uşaq qidasının tərkibində toksinlər aşkarlandı - Tonlarla məhsul geri qaytarıldı
-
Sosial30 İyun 21:24Paytaxtın iki rayonunun bir sıra əraziləri qazsız qalacaq
-
Magazin130 İyun 20:36Hadise və Gülşen onu məhkəməyə verir
-
İdman30 İyun 20:12Messi "Hörümçək Adam"la birlikdə uçdu - VİDEO






.jpg)






























