Art
Dünyanın həyəcanla gözlədiyi mərasim təxirə düşdü
Bu il sentyabrın 18-də keçirilməsi planlaşdırılan 75-ci “Emmi” televiziya mükafatının təqdimat mərasimi Hollivudda aktyor və ssenari müəlliflərinin tətili səbəbindən gələn il yanvarın 15-nə təxirə salınıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, sentyabrın 18-də keçirilməsi planlaşdırılan mərasim 11 sentyabr terror aktlarının baş verdiyi 2001-ci ildən sonra ilk dəfə təxirə salınır.
Məlumat üçün bildirək ki, Hollivud aktyorlarını təmsil edən Kino Aktyorları Assosiasiyasının və Amerika Televiziya və Radio Sənətçiləri İttifaqının (SAG-AFTRA) üzvləri süni intellektə qarşı əmək haqqının qaldırılması və iş təhlükəsizliyinə dair danışıqların nəticəsiz qalması səbəbindən tətilə başlayıblar. Tətil davam etdiyi üçün aktyorlar sentyabrın 18-də keçirilməsi planlaşdırılan mükafatlandırma mərasiminə qatıla bilməyəcəkdi.
Namizədlər elan olunmuşdu
Televiziya İncəsənət və Elmlər Akademiyasının bu il təşkil edəcəyi 75-ci Emmi Mükafatlarının namizədləri ötən həftələrdə açıqlanıb. HBO istehsalı olan "Succession" serialı 27 nominasiya üzrə göstərilib. Həmçinin "The Last of Us və The White Lotus" ən çox nominasiya alan digər layihə olub.
Ən çox nominasiya qazanan filmlər aşağıdakılardır:
"Succession" - 27 nominasiya
"The Last Of Us" - 24 nominasiya
"The White Lotus" - 23 nominasiya
"Ted Lasso" - 21 nominasiya
"The Marvelous Mrs. Maisel" - 14 nominasiya
"The Bear" - 13 nominasiya
"BEEF" - 13 nominasiya
"Dahmer – Monster: The Jeffrey Dahmer Story" - 13 nominasiya
"Wednesday" - 12 nominasiya
"Barry" - 11 nominasiya
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?








.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)





.jpg)

















