Art
"Rasim Balayev öncə sənətkardır" - Sənət adamları SƏRT DANIŞDILAR
"Başa düşə bilmirəm, millətin problemlərini vəzifəsi dövlət rəhbərinə çatdırmalı olan millət vəkillərindən niyə soruşulmur? Bir incəsənət adamı niyə təhqirlə istintaq olunmalıdır? Bu kobud, zəkasız, peşədən, etikadan uzaq, münasibətə niyə yol verilir?"
Publika.az xəbər verir ki, bu fikirləri Xalq artisti Mehriban Zəki Xalq artisti Rasim Balayevin “BBC News Azərbaycanca”a müsahibəsi zamanı "Xalqın şikayətlərini prezidentə çatdırmağa fürsətiniz var idi" sözlərinə münasibət bildirərkən deyib.
Mehriban Zəki həmçinin müsahibə zamanı Rasim Balayevin səsləndirdiyi “Mən niyə özümü həsr etməliyəm bu kütləyə?” fikirlərinin cəmiyyət tərəfindən birmənalı qarşılanmamasına da reaksiya verib.
“Öz düşüncəsi olmayana, axara düşüb hamının "etdiyini" təkrarlayana , layk, bəyən yığmaqla özünün də bunu niyə etdiyini anlamayana KÜTLƏ deyilir”.

Əməkdar artist Gülzar Qurbanova isə feysbuk hesabında bunları yazıb:
“Protokol bilməyən, rəsmi görüş nədir bilməyən jurnalist... Rasim Balayev xalqın dərdini danışmağa getmişdi, yoxsa "İstiqlal" ordeni almağa? Rasim Balayev ilk öncə sənətkardır. Sənətkar! Sənət siyasətin aləti deyil. Həm də yaddan çıxarmayaq ki, Rasim Balayevin səsi ilə oxunulmuş Qurani - Kərim böyük bir nəslə mərifət, nur paylayan çıraq olub”.

Əməkdar artist Rasim Cəfər də Rasim Balayevə dəstək olub.
“Rasim Balayev - sənətkardı, dəyərdi, dəyərlidi. Mənim uşaqlıq kumirimdi. Allah ona uzun ömür, can sağlığı versin! Yeni filmlərdə rol alsın, yaşasın, yaratsın! O, var olan bütün mükafatlara layiqdir! Mənə qəzəli, ədəbiyyatı, incəsənəti, kinonu, aktyorluğu, sənəti sevdirən İNSAN! Səmimi, sadə, olduğu kimi görünən, göründüyü kimi olan böyük İNSAN, Sənətkar!”.

-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər




























.jpg)









