Art
Odessa meri: "Puşkini həm ukraynalılar, həm də bütün dünya xalqları sevir"
Odessa meri Qennadi Truxanov rus şairi Aleksandr Puşkinin şəhərin mərkəzində ucaldılmış abidəsinin sökülməsinə qarşı olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri öz "Telegram"kanalında məlumat yayıb.
"Mənim şəxsi fikrim budur ki, onu çıxarmaq lazım deyil. Puşkini həm ukraynalılar, həm də bütün dünya xalqları sevir və hörmət edir. Hesab edirəm ki, əgər o vaxt bizim şəhərin sakinləri, soydaşlarımız bu abidəni ucaldıblarsa, bunun bir səbəbi olub. Və o buna dəyər. Buna icma qərar verməlidir", - bələdiyyə sədri abidə ilə bağlı açıqlamasında qeyd edib.
TASS qeyd edib ki, 2022-ci ildə Truxanov Ukraynada “tarixin yenidən yazılması və abidələrin kütləvi şəkildə sökülməsi prosesləri”nə qarşı çıxış edib. Qurum rəsmisi bildirib ki, indiki vəziyyətdə tarixi yenidən yazmaq cəhdi cəmiyyətdə qütbləşməyə səbəb ola bilər. Bu bəyanatlar Odessada II Yekaterinanın abidəsinin sökülməsi kampaniyası fonunda səslənib. Bu ifadələrə görə Truxanova qarşı vəsatət qaldırılıb.
Qeyd edək ki, Puşkinin abidəsi Riqanın mərkəzindən götürülüb. Abidə sonradan saxlanmaq və gələcək sərgi üçün Latviya Rəssamlar İttifaqının muzeyinə təhvil vermək üçün anbara göndərilib.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər




























.jpg)









