Art
Oğurlanan məşhur rəsm əsəri tapıldı
2020-ci ildə COVID-19 pandemiyası səbəbiylə karantin elan olunan zamanı kiçik bir Niderland muzeyindən oğurlanan Vinsent van Qoqun rəsmi tapılıb.
Publika.az xəbər verir ki, bu barədə sənət əsərinin sahibi olan Qroningen Muzeyi məlumat yayıb.
“Bizim inanılmaz yaxşı xəbərimiz var. “Bahar bağı”... rəsm əsəri oğurlandıqdan üç il yarım sonra Qroningen muzeyinə qaytarılır”, - muzeyin bəyanatında deyilir.
"Rəsm zədələnib, lakin ilk baxışdan onun yaxşı vəziyyətdə olduğu görünür", - muzeydən bildiriblər. Onlar əlavə ediblər ki, sənət əsəri hazırda Amsterdam Van Qoq Muzeyindədir və onun qaytarılması bir neçə həftə və ya aylar çəkəcək.
Muzeydən həmçinin bildirilib ki, bütün prosesdə məşhur incəsənət detektivi Artur Brand əsas rol oynayıb. Brendin özü də əsərin axtarışında iştirak etdiyini açıqlayıb.
“Vinsent Van Qoq qayıtdı! Niderland polisi ilə sıx əməkdaşlıq edərək, Van Qoqun “Bahar bağı”nı geri qaytarmağa nail oldum”, - Artur “X” sosial şəbəkəsində yazıb.
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı





























.jpg)









