Art
Buradan ağlamadan çıxmaq mümkün deyil: ah, o köhnə günlər...
İstanbulun Beylikdüzündə yerləşən Nostalji Muzeyi ziyarətçiləri keçmişə səyahətə aparır. İçərisində köhnə ərzaq malları, oyuncaqlar, mavi önlüklər, qabyuyan maşınlar və sobalar kimi 10 mindən çox əşya var. Onların hər birinin hekayəsi öz içində gizlidir.
Publika.az xəbər verir ki, muzeydə “ah, o köhnə günlər” deyimindən çox istifadə olunur. 1900-cü ildən istifadə edilən oyuncaqların, 1960-1980-ci illərdə istifadə edilən ərzaq mallarının, mavi önlüklü şagirdlərlə dolu sinif otağının, köhnə ev əşyalarının, hətta qışda yanan sobanın da yer aldığı muzey keçmişi yenidən canlandırır. Nostalji Muzeyinə rast gələn ziyarətçilər keçmişi xatırladan məkanda çox vaxt göz yaşlarını saxlaya bilmirlər.

“Hər şey oyuncaqla başladı”
Muzeyin qurucusu Hakan Çelik getdiyi bit bazarında uşaqlığında oynadığı oyuncağa rast gəlib. Bu oyuncaqdan sonra əşyalar toplamağa başlayan Çelik evdə onları qoymağa yer tapa bilməyib. Buna görə də ilk olaraq kafe açmaq fikrinə gəlib. Daha sonra o Mədəniyyət və Turizm Nazirliyindən dəstək alıb. Çelik indi muzeydə çalışır və muzeydəki əşyaların hər biri üçün ayrı-ayrılıqda işlədiyini bildirib:
“Bu əşyalar üçün bazarları gəzdim, şəhər-şəhər gəzdim, xaricə getdim. Onların hekayəsi çox xüsusidir. Muzeyin girişində rəngarəng əşyalar və böyük bağça ziyarətçiləri qarşılasa da, yuxarı mərtəbələrdə qonaq otağı, köhnə sinif otağı və ərzaq məhsulları görürünür. Əşyaları almaq istəyənlər də var. Lakin bunlardan heç biri satılmır. Ziyarətçilər ümumiyyətlə, emosional anlar yaşayırlar. Hətta içlərində ağlayanlar da var. Burada Saatlarla vaxt keçirirlər. Elə insanlar var ki, uşaqlığından danışırlar. Məktəb qrupları ilə gələnlər də var”.

Muzey işçisi qeyd edib ki, hər bir əşya onun üçün çox dəyərlidir:
“Ən dəyərlisi isə uşaqlıq oyuncağım - yaşıl avtomobildir. Bəzi əşyalar üçün saatlarla yol getdim və onları götürə bilmədən geri döndüm. Muzeydəki əşyalar, demək olar ki, antik olduğundan onların təmizlənməsinə böyük diqqət yetirilir. Bəzi əşyaların tozlu olmasının səbəbi var. İstəmədən də olsa, onları tozlu saxlamalı oluruq, çünki boya ən kiçik toz çıxarmaqla soyulur və bunun üçün ehtiyatla işləmək lazımdır”.

Muzeyin bağçasında açıq səma altında kinoteatrların təşkil edildiyini və ümumiyyətlə, orijinal beta kasetləri proyeksiya edərək cizgi filmləri nümayiş etdirdiklərini əlavə edən Çelik, “sizi keçmişə apara bilmərik, ancaq keçmişi sizə gətirə bilərik”, - deyərək ifadələrini tamamlayır.
Aysel Şahmar
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika27 İyul 13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ27 İyul 13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu








.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)




















