Dəyəri 1 milyard dollara çatan rəsm əsərləri - Onları kimlər alıb?
Bizi izləyin

Art

Dəyəri 1 milyard dollara çatan rəsm əsərləri - Onları kimlər alıb?

Dəyəri 1 milyard dollara çatan rəsm əsərləri - Onları kimlər alıb?

Sənət əsərləri milyardlarla dollar dəyərə malikdirlər. Şah əsərlər inanılmaz qiymətə satılır.

Publika.az 2023-cü ilin ən bahalı 7 rəsm əsərini təqdim edir:

Mona Liza - 970 milyon dollar

Leonardo da Vinçinin yaratdığı şedevr Mona Liza 970 milyon dollar dəyərində dünyanın ən bahalı rəsm əsəridir.

1804-cü ildən Parisdəki Luvr muzeyində sərgilənir. Potensial alıcılardan qanunla qorunan bu şah əsərin qiyməti 1962-ci ildə inflyasiyaya uyğunlaşdırılmış sığorta qiymətləndirməsi ilə müəyyən edilib. Lakin onun dəqiq dəyərini ölçmək mümkün deyil.

Salvator Mundi - 450,3 milyon dollar

Leonardo Da Vinçinin digər əsəri olan "Salvator Mundi" 450,3 milyon dollar dəyərindədir. Bu əsərin sahibi Bədr bin Abdullah Əl Səuddur. İki əsr ərzində itmiş bu əsər 2005-ci ildə zədələnib və bərpaya ehtiyacı olduğu müəyyən edilib. Bu əməliyyatlardan sonra o, 2017-ci ildə Christie's Nev York auksionunda satılıb. Hələlik məxfi saxlanılan əsərin sahibinin Əbu-Dabidəki Luvr muzeyində "Salvator Mundi"ni sərgiləyəcəyinə ümid edilir.

"Interchange" - 300 milyon dollar

Nyu-Yorklu rəssam Villem de Kuninqin “Interchange” əsəri 300 milyon dollar dəyərindədir. Abstrakt ekspressionist əsər 2015-ci ildə Kenneth C.Griffinə satılıb. Əsər hazırda Çikaqo İncəsənət İnstitutunda nümayiş etdirilir.

"The Card Players" - 250 milyon dollar

Qətər dövləti Pol Sezannın 250 milyon dollarlıq “The Card Players” əsərinin sahibidir. Müasir incəsənətin atası kimi tanınan Pol Sezannı bu əsərini 2011-ci ildə Qətər kral ailəsi alıb.

"Nafea Faa Ipoipo" - 210 milyon dollar

Paul Gauquin tərəfindən Nafea Faa Ipoipo adlı bu 210 milyon dollarlıq əsərin sahibi də Qətər dövlətinə məxsusdur. 1892-ci ildə ortaya çıxan post-impressionist əsər onilliklər ərzində Bazeldəki Kunstmuseum-da nümayiş etdirildikdən sonra 2015-ci ildə Şeyx Əl-Mayassa bint Həməd Əl-Tani tərəfindən alınıb.

"Number 17A" - 200 milyon dollar

Cekson Pollokun 17A nömrəsi 2015-ci ilin sentyabrında Kenneth C.Griffinə 200 milyon dollara satılıb. O, hazırda Çikaqo İncəsənət İnstitutunda nümayiş etdirilir.

"Wasserschlangen II" - 183,8 milyon dollar

Qustav Klimtin “Wasserschlangen II” əsəri İv Buvye tərəfindən rusiyalı milyarder Dmitri Rıbolovlevə 183,8 milyon dollara satılıb. Lakin ortada dələduzluq olduğu iddiası ilə rəsmin satışı üçün hüquqi mübarizə başlayıb. Klimtin bu əsəri İkinci Dünya Müharibəsi zamanı nasistlər tərəfindən oğurlanıb və 2013-cü ildə yenidən gündəmə gəlib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm