Art
ABB-nin dəstəyi ilə Bakı Caz Festivalı başlayır
Oktyabrın 6-da ABB-nin tərəfdaşlıq dəstəyi ilə Bakı Caz Festivalına start verilir. Festival Almaniya, Türkiyə, Norveç, Avstriya musiqiçilərinin canlı caz ifaları ilə başlanacaq. Məşhur fank qrupu “Jazzanova” da amerikalı DJ Amir ilə birlikdə oktyabrın 7-də festivalda çıxış edəcək.
Oktyabrın 9-dan 15-dək 15 ölkədən gəlmiş musiqiçilər, o cümlədən “Gremmi” mükafatı laureatları və bu mükafata namizədlər, ABŞ-ın caz və rep ifaçısı Theo Crocker, arfa caz ifaçısı Edmar Castaneda və Gregoire Maret xüsusi proqramlarla çıxış edəcəklər. Oktyabrın 14-də Heydər Əliyev Mərkəzində braziliyalı vokalçı Mario Bakunanın konserti olacaq.
Bakı Caz Festivalı çərçivəsində gənc caz ifaçıları arasında ənənəvi “I AM JAZZMAN!” beynəlxalq müsabiqəsi keçiriləcək. Ayrı-ayrı sənət adamları ilə görüşlər, sərgilər, şərab dequstasiyası kimi tədbirlər də festivalın proqramına daxildir.
Qeyd edək ki, Bakı Caz Festivalı bu il on səkkizinci dəfə keçirilir. Ənənənin təməlini 2005-ci ildə görkəmli caz musiqiçisi, Azərbaycanın əməkdar artisti Rain Sultanov qoyub. ABB ilə yanaşı, bir sıra dövlət təşkilatları, biznes qurumları da Bakı Caz Festivalına tərəfdaşlıq dəstəyi göstərir. Festival haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika27 İyul 13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ27 İyul 13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu








.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)




















