Art
Bakıda TÜRKSOY-un 30 illiyinə həsr olunmuş qala konsert keçirildi
Heydər Əliyev Mərkəzində Beynəlxalq Türk Dünyası Təşkilatının (TÜRKSOY) yaradılmasının 30-cu ildönümünə həsr edilmiş qala konserti baş tutub.
Publika.az xəbər verir ki, tədbirin girişində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva prezident İlham Əliyevin TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin iştirakçılarına ünvanlandığı təbrik məktubunu səsləndirib.
Sonra TÜRKSOY-un Baş katibi Sultan Raev çıxış edib. O, tədbirdə iştirak edən qonaqlara təşəkkür edib: "Cənab prezident Ersin Tatar, nazirlər, səfirlər, dəyərli xanımlar və cənablar hamınızı sevgi ilə salamlayıram. Can Azərbaycanda sizlərlə birlikdə olmaqdan böyük qürur duyuram. Təşkilatımızın 30-cu ilini təbrik edirəm. Cənab prezident İlham Əliyevə bu şəraiti bizə yaratdığı və hər fürsətdə Türk dünyasının yanında olduğu üçün təşəkkür edirəm. Azərbaycanın memarı Ulu öndər Heydər Əliyevi hörmətlə anırıq. TÜRKSOY-un 30-cu ilini birlikdə Bakıda qeyd etməyimizin həyəcanını yaşayırıq. Yolculuğumuz ilk olaraq Alma-Ata şəhərində başladı. Bişkek, Daşkənd və Aşqabadda unudulmaz konsertlər təşkil etdik.
Azərbaycan cənab prezident İlham Əliyevin rəhbərliyi altında mədəniyyətimizin kültür xəzinəsinə zənginlik qatan bir kültür və sənət mərkəzi olmağa, türk mədəniyyətinin tanıtımı, türk dünyasının laqomativi olmağa davam edəcək. Azərbaycanın mədəniyyət naziri Adil Kərimliyə dəstəyi üçün təşəkkür edirəm. Daha bir təşəkkürüm Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tataradır. Verdiyi dəyərə və bu gün burada bizimlə olduğuna görə təşəkkür edirəm".
Daha sonra Sultan Raev tərəfindən mədəniyyət və incəsənət xadimləri TÜRKSOY-un şərəf medalına layiq görülüblər.
Xalq artisti Nurəddin Mehdixan, xalq rəssamı Sakit Məmmədov, xalq rəssamı Fərhad Xəlilov, xalq artisti Şəfiqə Məmmədova, xalq artisti Faiq Sücəddinov, xalq yazıçısı Elçin Əfəndiyev, Azərbaycanın Rusiyadakı fövqalədə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bu nominasiyaya layiq görülüblər.
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika27 İyul 13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ27 İyul 13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu








.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)




















