Art
Məşhurların daşa dönmüş əlləri sərgiləndi - "Danışan Əllər"dən REPORTAJ
Publika.az “Danışan Əllər” sərgisindən olan reportajı təqdim edir.
Azərbaycan Milli Konservatoriyasının 7-ci mərtəbəsinə qalxıram. Liftin qarşısında 70 yaşlı bir kişi dayanıb, liftin enən rəqəmlərinə baxır. Mən də onun sağ tərəfinə keçdim, bu an qapılar açıldı. İkimiz də liftə daxil olduq.
- Müəllim, siz neçənci mərtəbəyə qalxırsınız?
- 7, qızım.
- Aha, elə mən də. Sərgiyə gedirsiniz yəqin.
- Bəli, özüm burada müəllim işləyirəm. Çox marağımı çəkdi, həm də dəvət almışam. Maşallah! Ölkəmdə bayram bayrama qarışıb. Hər gün şənlik.
Bu an lift dayandı. Qapılar açıldı, bizi ağ otaqda çoxlu əllər qarşıladı. Foyedə ulu öndər Heydər Əliyevlə görüşmüş, onun sərəncamı ilə fəxri adlar almış elm, mədəniyyət və incəsənət sahəsində tanınmış insanların, tanınmış ziyalıların əllərindən forma çıxardılaraq gipsdən hazırlanmış “Danışan Əllər” var idi. Orada olan nəzarətçi zala daxil olmağımızı xahiş etdi. Otaq qaranlıq idi. Böyük monitorda “Böyük sənət hamisi” sənədli filmi gedirdi.

Filmdən sonra Milli Məclisin üzvü, akademik Rəfael Hüseynov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Xalq rəssamı, akademik Ömər Eldarov, Əməkdar rəssam, Türkiyə Respublikasının Yeditəpə Universitetinin professoru Teymur Rzayev film və sərgi haqqında öz fikirlərini bölüşdülər. Filmdən sonra izləyicilər, incəsənət adamları foyedə “Danışan Əllər”ə baxdılar.

Foyedə insanlar içində Namiq bəyi axtarıram.
Burada qeyd edim ki, Namiq Hüseynov 1986-cı ildə Şəkidə anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib. Heykəltəraş Namiq Hüseynovun əl işləri Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbyacan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, “Qlinka” adına Moskva Dövlət Musiqi Muzeyi və Rastrapoviçin ev muzeyində saxlanılır.
Namiq bəy ev sahibi olduğundan demək olar ki, hamını qarşılamağa çalışırdı. Onu qonaqları qapının ağzında yola salarkən gördüm. Namiq bəy, zəhmət olmasa sərgi haqqında təəssüratlarınızı bizimlə bölüşərsiniz.
Heykəltəraş məni görərkən təəccübünü gizlətmədi, - Aaa, Aysel xanım, siz də burdasınız?, - deyə məni salamladı.
Xoş gəlmisiniz. Gəlin, gəlin burada danışaq. Addımlaya-addımlaya zalın digər tərəfinə keçirik.

Aysel xanım, siz özünüz emalatxanada olmusunuz, buradakı əllər sizə yad deyil. Artıq “Danışan Əllər”in ikinci sərgisidir:
“Hazırda sərgimizdə 62 əl var. Bu sərgidə əsasən incəsənət adamlarının əli var idi. Hər bir əlin yanında şəxsin öz fotusunu qoymuşuk ki, sənətçilərimiz öz əllərini rahatlıqla taspınlar. Hazırda muzeyin açılması ilə bağlı rəsmi işlər görülmür. Ötən həftə də Leyla xanımla danışmışıq. Bildirib ki, bu işlə məşğul olacağıq. Hazırda kolleksiyanı toplamağa davam edirik”.

Namiq bəy sözünü elə bitirirdi ki, arxaya çevrilərkən Gülyaz və Gülyanaq Məmmədova bacılarını gördük. Onlar əllərinə baxıb, nəysə danışırdılar. Namiq bəylə onların söhbətinə qoşulduq. Gülyanaq Məmmədova Namiq bəyi görər-görməz öz təşəkkürünü bildirdi. Bacıların söhbətinə biz də qoşulduq.
Gülyanaq xanım Gülyaz xanımla arasında olan dialoqu bizimlə də bölüşdü:
“Çox qəribədir. İkimiz də ayrı-ayrı vaxtlarda getmişik. Lakin əllərimizi oxşar, eyni tutmuşuq. Necə ki, birgə oxuyub, bir nəfəs alırıq. Bilmirəm, bu nədir? Ya hissiyatdır, ya da doğmalığımızdır. Çox gözəl işlərdir. Ora gedəndə düşünürdüm ki, bunu necə edirlər? Proses mənə çox maraqlı gəldi”.

Bu sözlərin ardınca Gülyaz xanım da sərgi ilə bağlı təəssüratlarından danışdı:
“Bu əllər insan yaradıcılığını izah edir. Həm dünyasını dəyişən, həm də hazırda yaşayan sənətkarlarımızın əllərini görürük. Bu əllər insanın daxilini, görmədiklərini, yaradıcılığını, keçmişini, bu gününü danışır”.
Sərgi iştirakçıları arasında dolaşmağa başladım. Bu zaman tarzən, Xalq artisti Möhlət Müslümovun "danışan əli"nə baxdığını gördüm. Möhlət bəy, bu əllərdə nələr görürsünüz?
- Bu əllərdə... (susur) Ümumiyyətlə, bu il çox məhsuldar il olub. Bayram bayrama qarışıb. İkinci dəfədir ki, bu sərgidəyəm. Xoşbəxt sənətkaram ki, mənim də əllərimi "danışdırıb"lar. 2 gün öncə doğma Füzulimizdə idim. 100 tarzənlə birlikdə çıxış etdik. 100 nəfərin içində ustaddan tutmuş tələbəyə kimi var idi. Çox sevincliyəm. Bizi, əlimizi, tarımızı tarixiləşdirirlər.

Hər kəs "danışan əllər"ə baxır. Kimi öz əlini "danışan əli"nin yanına yaxınlaşdırıb müqayisə edir, kimi şəkil çəkir. Foyedə danışıqdan çox qəh-qəhə eşidilir. Hər kəsin üzü gülür. Bu zaman Xalq artisti Niyaməddin Musayevi görürəm.

- Niyaməddin müəllim, necəsiniz?
- Belə gündə yalnız əla ola bilərəm. Bu gün bu sərgidə olmağım da qürurvericidir. Hər günümüz bir tarixdir. Hər kəsə təşəkkür edirəm. Əlimi "danışdırarkən" çox həyəcan keçirirdim. Maraqlı idi mənə. İlk dəfə idi ki, belə bir şey edirdim. Nə olacağını, necə olacağını heç bilmirdim. Bu iş Azərbaycanda ilk dəfədir. Ona görə də alqışa layiqdir.

Sərgini çox yüksək qiymətləndirənlər arasında Xalq artisti Vaqif Mustafayev də var idi:
“Mənim də əlim danışan əllərin içindədir. Bu özü də xoşbəxtlikdir. Burada yalnız sənətkar əlləridir. Odur ki, gənc heykəltəraşların icadları, əl işləridir. Yalnız möhtəşəmdir. İşlərində uğurlar arzu edirəm”.

Sərgidə "danışan əllər"in çoxu ilə əvvəldən tanış idim. Onları hazırlandığı yerdə - emalatxanada görmüşdüm. Ona görə də bura mənim üçün yad deyildi. Hara baxsam sənətkar, yaradıcılıq, incəsənət görürdüm. Maraqlıdır, doğurdan da insan əlləri nələrə qadirdir! İnsanın əlləri onun keçmişi, gələcəyi haqda bir sıra məlumatlar verir. Ələ baxarkən insanın xasiyyəti, həmçinin sağlamlığı və yoluxa biləcəyi xəstəliklər haqda bir sıra məlumatlar almaq mümkündür. Sərgidə də 62 əl, yaradcılıq, həyat var idi...
Aysel Şahmar
Foto: Elnur Muxtar
-
Kriminal18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz
-
Sosial17:47Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı
-
Sosial17:35Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
-
Səhiyyə15:30Bakıda bu poliklinikada şəkər xəstələrinə dərman verilmir - Səbəb nədir?
-
İdman14:42Neymarın başı dərddə: Tanınmış influenser onun hesabına niyə pul köçürüb? - FOTOLAR
-
Rəsmi xronika14:32Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - FOTO
-
Sosial13:18Qonşuda deputat tələb edir: 13-cü maaş və pensiya verilsin
























.png)















