Art
Okeanı Azərbaycan muğamı dalğalandırdı - Kubadan EKSKLÜZİV FOTOLAR
Azərbaycan muğamı Havananın tarixi "Mart” Teatrında... Kubalıları heyrətləndirməyi bacardı.
Publika.az xəbər verir ki, Kubada “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin davamı olaraq Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Havana şəhərinin tarixi "Mart” Teatrında Azərbaycan muğamlarından ibarət konsert təşkil olunub. UNESCO üzrə Azərbaycan milli komissiyası və ölkəmizin Kubadakı səfirliyinin birgə təşkilatçılığı, Kuba Mədəniyyət Nazirliyi və Tarixi Havana Şəhər İdarəsinin dəstəyi ilə keçirilən konsertdə bu ölkənin Xarici İşlər və Mədəniyyət Nazirliklərinin, diplomatik korpusun və KİV-in nümayəndələri, o cümlədən yerli ictimaiyyətin üzvləri iştirak ediblər.

Qonaqlara muğamlarımızdan ibarət geniş konsert proqramı təqdim olunub. “Qarabağ” musiqi qrupunun rəhbəri, Xalq artisti Mənsum İbrahimov, Xalq artisti, tarzən Elçin Həşimov, Əməkdar artistlər, kaman ifaçısı Elnur Əhmədov və nağara ifaçısı Kamran Kərimovun ifasında Azərbaycan muğamının inciləri, xalq mahnılarımız, o cümlədən Kuba musiqi nümunələri səsləndirilib.
Xalq artisti Mənsum İbrahimov təəssüratlarını Publika.az-la bölüşüb.

“Tədbir gözlədiyimizdən də
yüksək səviyyədə keçdi. Kubalılar bizi çox isti, mehriban qarşıladılar. Olduqca istiqanlı və qonaqpərvərdilər. Okeanın sahillərində möhtəşəm konsert proqramı ilə çıxış etmək insana xüsusi bir zövq verir. Hazırda Kubadan Meksikaya gedirik. Sabah Meksikada növbəti konsertimiz baş tutacaq. Azərbaycan muğam sənətini vətəndən çox uzaqlarda təmsil etməyin qürürunu yaşayırıq”, - deyə Mənsum İbrahimov bildirib.
Cəmilə Hətəmxanova


-
Region15:50Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı















.jpg)












.jpg)









