Art
“Xəyallarımızda qalan nağıllar”
Uşaqlarda vətənpərvərlik duyğularının güclənməsi, estetik zövqün, mənəvi tərbiyənin formalaşması, milli-mənəvi sərvətimizdən olan nağıllarımızın yaşadılması məqsədilə “Xəyallarımızda qalan nağıllar” adlı respublika uşaq yaradıcılıq müsabiqəsi elan olunub.
Publika.az xəbər verir ki, 18 yaşa qədər yaradıcılıq qabiliyyəti olan şəxslər noyabrın 28-dək sənədlərini [email protected] ünvanına göndərməklə müsabiqədə iştirak edə bilər.
Seçim millilik, yanaşma, baxış və müəlliflərin yaşı nəzərə alınmaqla aparılacaq və seçilən əsərlər yaş qrupuna uyğun olaraq quruplaşdırılaraq sərgilənəcək.Təkrar olmayan və daha əvvəl sərgilənməmiş əsərlərə üstünlük veriləcək. Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikat və fəal tədris mərkəzlərinin təşəkkürnamələri ilə təltif olunacaq.
Qeyd edəkl ki, yaradıcılıq müsabiqəsi Mədəniyyət, Elm və Təhsil Nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində baş tutacaq.
Müsabiqənin sərgisi Xətai Sənət Mərkəzində təşkil olunacaq.
Cəmilə Hətəmxanova
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər

























.jpg)









