Art
Teatrların ZƏFƏR planı: "Qarabağ"namədən "Yeddi nar çubuğu"na qədər
8 noyabr Zəfər Gününə paytaxt teatrları xüsusi hazırlaşır. Bu əlamətdar gün münasibəti ilə sənət ocaqlarımızda silsilə tədbirlər keçiriləcək, məhz bu gün üçün nəzərdə tutulan səhnə əsərləri nümayiş olunacaq.
Publika.az xəbər verir ki, Akademik Milli Dram Teatrında noyabrın 8-də İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası teatrsevərlərin ixtiyarına veriləcək. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən bəhs olunur.

Eyni zamanda adı çəkilən sənət ocağında Zəfər Musiqi və Teatr Festivalı Çərçivəsində Konsert proqramı təşkil olunacaq.Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edəcək. Gecədə Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında isə Zəfər Gününə özəl olaraq, 2016-cı ildə dörd günlük Aprel döyüşlərində şəhid olan Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunan “Yarımçıq qalmış” tamaşası təqdim olunacaq. Teatr ocağında nümayiş etdiriləcək digər bir səhnə əsəri isə İkinci Qarabağ müharibəsində baş verən real hadisələri özündə əkds etdirən, yazıçı-dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında hazırlanan “Balaca kişilər” tamaşası olacaq.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Samir Qulamovun eyniadlı pyesi əsasında səhnəyə qoyulan, 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizə, yaralanmış qazilərimizə, bu ağrını yaşayan əsgər övladlarına və zəfərimizin əsas simasına çevrilən analarımıza həsr olunan "Bir nəfəs qədər" tamaşası nümayiş etdiriləcək.

Şuşa Dövlət Musiqili Dram Teatrı Zəfər Günündə “Dəmir Yumruq” adlı ədəbi-bədii kompozisiya ilə çıxış edəcək. Qələbə ruhlu şeirlərdən ibarət olan kompozisiyada bir sıra tanınmış şairlərin və teatrın əməkdaşlarının şeirləri də səsləndiriləcək.

Noyabrın 8-də Kukla Teatrında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan “Yeddi nar çubuğu” tamaşası balaca izləyicilərin ixtiyarına veriləcək. Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanan səhnə əsərinin saat 12:00 seansı isə yalnız şəhid övladları üçün nəzərdə tutulub. Qeyd edək ki, tamaşa Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi 2-ci Qarabağ Müharibəsində əldə olunmuş zəfərin 3-cü ildönümü ilə əlaqədar olaraq zəfər həftəsi adlı Musiqi- İncəsənət festivalı çərçivəsində nümayiş olunacaq.

Cəmilə Hətəmxanova
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər

























.jpg)









