Art
Alla Puqaçova vətənə ərsiz qayıtdı - Onu Rusiyada nələr gözləyir?
Alla Puqaçova Rusiyaya qayıdıb, özü də qatarla… Həm də Maksim Qalkin olmadan… Maraqlıdır, deyilmi?
Publika.az xəbər verir ki, Rusiyanın Xalq artisti Alla Puqaçova ötən gün Moskvanın "Leninqradski" vağzalında görüntülənib. Primadonna Rusiyaya qatarla və əri olmadan gəlib. Puqaçova sərhədi keçərkən üzünü yaylıq ilə gizlədib və ətrafa baxmayıb.

“Shot Telegram” kanalı Puqaçovanın Moskva yaxınlığındakı Qryaz kəndindəki qəsrinə getdiyini bildirib. Məlumata görə, adı çəkilən qəsrdə ötən ay təmir-bərpa işləri aparılıb.
Rusiya şou-biznesindəki mənbələrdən birinin yazdığına görə, Rusiyanın "sönməyən günəşi" məhz daşınmaz əmlakını satmaq üçün geri qayıdıb. Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, Puqaçova mülklə bağlı sənədləri imzalamağa gəlib.

Moskva Dövlət Duması Puqaçovanın cinayət məsuliyyətinə cəlb olunması haqqında suallara da aydınlıq gətirib. Dumanın mədəniyyət komitəsi sədrinin birinci müavini Aleksandr Şoloxov Lenta.ru saytına müsahibəsində deyib ki, Rusiyaya qayıdan müğənniyə qarşı heç bir şikayət iddiası yoxdur. Parlamentari qeyd edib ki, Puqaçova Rusiya vətəndaşıdır və hələlik onun vətəndaş hüquqlarını pozan hər hansı hərəkətə yol verməyib.
Qeyd edək ki, Alla Puqaçova və Maksim Qalkin Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Rusiyanı tərk ediblər. Müğənni bir neçə ay İsraildə yaşayıb, 2023-cü ilin oktyabrında Yaxın Şərqdə münaqişə kəskinləşdikdən sonra Puqaçova oğlu Harri və qızı Liza ilə birlikdə İsraili tərk edərək Latviyaya köçüb.
Cəmilə Hətəmxanova
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər

























.jpg)









