Art
Cehutyemnaxtın məzarı tapıldı: Təlatümlü dövrə işıq salacaq
Misirin Abusir nekropolunda fironların son dövrü – eramızdan əvvəl VI əsrə aid sərdabə aşkalanıb.
Publika.az “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, nekropolda ən son tapıntı Çarlz Universitetinin İncəsənət fakültəsi və Çexiya Misirşünaslıq İnstitutunun birgə arxeoloji missiyası tərəfindən həyata keçirilib. Arxeoloji qrup eramızdan əvvəl VI-V əsrlərdə - fironların son dövründə yaşamış ali rütbəli məmur Cehutyemnaxtın məzarını tapıb.

Misirin Qədim Abidələr Ali Şurasının baş katibi Mustafa Vəziri bildirib ki, sərdabənin ilk dəlili may ayında fironların son dövrü sülalələrinin yüksək rütbəli məmurları və hərbi komandirlərinin qəbiristanlığında aşkar edilib. “Bu şaxta qəbirlər həmin dövrə xas türbə növünü təmsil edir və qədim Misir elitası tərəfindən eramızdan əvvəl III minilliyin piramida quruculuğu dövrünün məşhur Köhnə Krallığının banisi Kral Djoserin məzarını təqlid edərək yaradılıb”, -deyə baş katib vurğulayıb.
Arxeoloji ekspedisiyanın direktoru Miroslav Verner qeyd edib ki, sərdabənin yerin səthində yerləşən yuxarı hissəsi artıq antik dövrdə dağıdılıb.

Abusirdə iyirmi ildən artıqdır ki, fironların son dövrünün şaxta qəbirlərinin qazıntılarını koordinasiya edən Ladislav Bareş deyib ki, "bu yeni tapıntı Misirdə eramızdan əvvəl VI-V əsrlərdə baş verən təlatümlü tarixi dəyişikliklərə daha çox işıq salacaq". (Azərtac).
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər

























.jpg)









