Art
Məşhur azərbaycanlı aktyor vəfat etdi - FOTO
“Bəxt cənabları” filmindəki rolu ilə tanınan sovet rus teatr və kino aktyoru Anatoli Yabbarov vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə "Kino-teatr.ru" portalı məlumat yayıb.
Anatoli Yabbarov 1937-ci il avqustun 24-də Bakıda çoxuşaqlı ailədə anadan olub. 1959-cu ildə 22 yaşında Aşqabadda Puşkin adına Rus Dram Teatrında işləməyə başlayıb, 1962-ci ilə qədər üç il burada çalışıb. 1966-cı ildə GİTİS teatr məktəbini (İ.M.Raevski və N.V.Pajitninin kursu) bitirib.
Teatr universitetinin 2-ci kurs tələbəsi olan aktyor filmlərdə rol almağa başlayıb. Onun debüt işi 1964-cü ildə rejissor Qriqori Çuxrayın çəkdiyi “Bir vaxtlar qoca və qarı var idi” filmindəki rolu olub. Aktyor daha çox epizodik obrazlar oynamasına baxmayaraq, tamaşaçı üçün həmişə parlaq və yaddaqalan olub.
2020-ci ilə qədər Yabbarov filmlərdə rol almağa davam edilib. “Həbsxanadan qaçış”, “Günəşsiz”, “Qurdun izində”, “Qaçarkən” və bir çox digər ekan əsərləri ona böyük şöhrət gətirib. Aktyorun ekrandakı son işi “Unudulmuş müharibə” (2020) filmi olub.
1966-cı ildə aktyor sənət sahəsindəki xidmətlərinə görə Rusiya Federasiyasının əməkdar artisti adına layiq görülüb. 2011-ci ildə milli mədəniyyətin və incəsənətin inkişafında böyük xidmətlərinə və uzun illər səmərəli fəaliyyətinə görə “Dostluq” ordeni ilə təltif edilib.
Cəmilə
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər

























.jpg)









