Art
Çingiz Aytmatovun 95 illiyi münasibətilə “Ana Tarla” kitabı təqdim olundu - FOTO
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Heydər Əliyev İli” çərçivəsində görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 95 illiyi münasibətilə Azərbaycan dilində nəşr olunmuş ədibin “Ana Tarla” kitabının təqdimat mərasimi keçirilib.
Publika.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu çoxəsrlik türk xalqlarının dəyərlərinin qorunması, dünyada təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət göstərməkdədir.
Fond tərəfindən kitabın Azərbaycan dilində nəşr olunması qırğız xalqının görkəmli ədibi, ictimai-siyasi xadimi Çingiz Aytmatovun zəngin irsinin tanıdılmasına, eləcə də təşkilatın qurucu üzv ölkələri Azərbaycan ilə Qırğızıstanın ədəbi-mədəni əlaqələrinin daha da gücləndirilməsinə töhfə vermək məqsədini daşımaqdadır. Nəşrdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı və dəstəyi ilə cari ilin aprel ayında Bakı Bələdiyyə Teatrı tərəfindən səhnələşdirilən “Ana Tarla” tamaşasından fotolar yer alır.
Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi, təşkilata üzv və müşahidəçi ölkələrin səfirləri, millət vəkilləri, tanınmış ictimai, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbirin bədii hissəsində Fondun Bakı Bələdiyyə Teatrı ilə əməkdaşlığı çərçivəsində “Ana Tarla” əsəri əsasında hazırlanmış tamaşadan səhnələr göstərilib.
Aysel Şahmar
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Hadisə13:12Bakıda kütləvi bıçaqlanma: Bir nəfər öldürüldü, deputatın oğlu saxlanılanlar arasındadır
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı


























.jpg)









