Art
Alim Qasımov: Musiqinin diliylə şəhid analarına həmdəm olmağa çalışdıq - VİDEO
Xalq artisti Alim Qasımov Zəfər bayramına həsr olunmuş “Mənim oğlum qəhrəmandır” adlı layihə çərçivəsində çıxış edib.
Publika.az xəbər verir ki, A.Qasımov bu barədə öz İnstaqram səhifəsində paylaşım edib:
“Zəfərin 3-cü ildönümündə 700-ə yaxın qəlbiyaralı şəhid anasının qürurunu gördük. Böyük məsuliyyət idi, onların qarşısında dayanmaq... "Mənim oğlum qəhrəmandır" layihəsində hisslərimizi, düşüncələrimizi şəhid əmanətlərinin qəlbinə kökləməyə, musiqinin diliylə onlarla həmdəm olmağa çalışdıq. Əziz şəhidlərimizin xatirəsini "Xatirədir" nəğməsilə yad etdik. Sənət dünyasının xəyal gücü onları nəğmələrdə yaşatmağa yetir”.
Tədbirin təçkilatçılarından “Fire Land Production”ın rəhbəri Cəlal Qurbanov da xanəndənin çıxışı ilə bağlı öz İnstaqram səhifəsində fikirlərini bölüşüb:
“O muğam sənətinin bizə verdiyi dəyərdir. Dahiliyini həm sənətində, həm də şəxsiyyətində daşıyır. Onun "Xatirədir" mahnısı şəhidlərimizin xatirəsi üçün yazılıb, sanki”
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Avropa13:37Makron hökumətində təşviş: Xalqın qəzəbinə qarşı 70 minlik ordu səfərbər olundu
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Hadisə13:12Bakıda kütləvi bıçaqlanma: Bir nəfər öldürüldü, deputatın oğlu saxlanılanlar arasındadır
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı


























.jpg)









