Art
"Azdrama" səhnəsində illər sonra bu tamaşa yenidən oynanılacaq
16, 24, 26 noyabr tarixlərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Şıxəli Qurbanovun pyesi əsasında rejissor Tofiq Kazımovun 100 illiyinə həsr olunmuş "Sənsiz" tamaşası oynanılacaq.
Publika.az xəbər verir ki, bu barədə teatrın aktyoru Cavidan Novruz sosial mediada məlumat yayıb. O, bildirib ki, bu tamaşaya bütün kollektiv ən yüksək səviyyədə hazırlaşıb.
"Dostlar 16-24-25 Noyabrda Azərbaycan Dovlət Akademik Milli Dram Teatrında illər sonra Şixəli Qurbanov yaradıcılığı olan "Sənsiz" tamaşasının ilk nümayiş olacaq. Bilirsiniz ki, mən hər şeyi belə ağızdolusu paylaşıb əminliklə nələrsə yazacaq biri deyiləm. Lakin işin başında sözün əsl mənasında yaradıcı şəxslər varsa, demək ki, orada uğur və ciddi iş var. Bu işdə quruluşçu rejissor Nihad Qulamzadəyə bol-bol şanslar, tamaşada oynayan sənət yoldaşlarıma uğurlar arzu edirəm, Fizuli Hüseynov, Mehriban Zəki, Lalə Süleymanova, uğurlar arzu edirəm sizlərə, Yaşasın Teatr, Teatra gedin, teatr istrahətdir və sağlam mədəniyyətdir!
Teatrımızın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə təşəkkürlər, bu missiyanı irəli sürdüyünüz üçün", - aktyor qeyd edib.
Əsərə, eləcə də müəllifin müraciət etdiyi dövrə fərqli və yeni baxış bucağından nəzər salınacaq. 1967-ci ildə Tofiq Kazımovun quruluş verdiyi “Sənsiz” tamaşası dövrünün böyük maraqla qarşılanan səhnə əsərlərindən biri olub.
Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Balayev, rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Xanım Həsənova və Könül Kərimovadır.
Yeni yaradıcılıq işində Xalq artisti Mehriban Zəki (Sevinc), əməkdar artist Füzuli Hüseynov (Tərlan), aktyorlar İlahə Həsənova (Maral) və Ziya Ağa (Fərhad) çıxış edəcəklər.
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ







.jpg)
.jpg)
.jpg)
.jpg)



.jpg)







.jpg)















