Ata olan Nihad Qulamzadə: "Bu proses mənim üçün çox həssas idi"
Bizi izləyin

Art

Ata olan Nihad Qulamzadə: "Bu proses mənim üçün çox həssas idi"

Ata olan Nihad Qulamzadə: "Bu proses mənim üçün çox həssas idi"

Bir neçə il əvvəl Şıxəli Qurbanovun adını daşıyan küçədə teatr üçün ofis icarəyə götürmüşdük. Həmin ərəfələrdə qərara gəldim ki, hər gün rastlaşdığım adla - şəxsiyyətlə daha yaxından "tanış" olum. Bu "tanışlıq" məni "Sənsiz"ə apardı.

Publika.az xəbər verir ki, bu sözləri rejissor Nihad Qulamzadə bu gün premyerası Akademik Milli Dram Teatrıda keçiriləcək "Sənsiz" tamaşası haqqında danışarkən deyib.

O, bildirib ki, Akademik Milli Dram Teatrının bədii rəhbəri və müəllimi Mehriban xanım Ələkbərzadə tərəfindən görkəmli rejissor Tofiq Kazımovun 100 illiyi münasibətilə hazırlanacaq tamaşa üçün teatra dəvət olunub.

"Və artıq bu gün "Sənsiz" tamaşasının premyerasıdır. Bu proses mənim üçün çox həssas idi. Eyni anda bir yox, bir neçə əlamətdar hadisə baş verirdi. Mənim üçün bir yox, iki premyera baş tutacaq. Bu gün daha böyük məsuliyyət və vəzifə qismət oldu mənə - ata oldum. Bu gözəl hədiyyəyə və qismətə görə Allaha çox şükür!

İlk növbədə teatrın bədii rəhbəri Mehriban Elekberzadeyə dəvətinə, etimadına görə təşəkkür edirəm! Azad və sərbəst mühitin birbaşa səbəbkarı olduğunuz üçün sizə minnətdaram Mehriban xanım!

Akademik Milli Dram Teatrının direktorun əmək funksiyasını icra edən İlham Əsgərova, teatrın digər yaradıcı və texniki kollektivinə təşəkkür edirəm! Mənim üçün çox dəyərli olan aktyor heyəti - Mehriban Zəki, Füzuli Hüseynov, Elçin Əfəndi, İlahə Həsənova, Elsevər Rəhimov, Lalə Süleymanova - var olun! Musiqi deyəndə ilk ağlıma gələn bəstəkar Vugar Babayev! Sevinirəm ki, iş birliyimiz hər dəfə alınır və məxsusi olur. Tamaşanın rəssamı Vüsal Rəhimə, işıq rəssamı Rafael Vaqifoğluna, rejissor asistenləri Könül Kərimovaya, Xanım Həsənovaya təşəkkür edirəm! Prosesdə əməyi olan truppa müdiri Elnur Məmmədova, bədii quruluş hissə müdiri Qabil Gözəlova, səs rejissoru Orxan Murtuzova, Yeganə xanıma minnətdaram!

Posterə görə Rasul Hasanə minnətdaram! Onun etdiklərini (sayını itirdiyim qədər versiya) heç kim etməzdi.
Allah Tofiq Kazımovun və Şıxəli Qurbanovun ruhlarını şad etsin! Salam! Premyera tarixləri 16, 24, 25 noyabr 2023-cü il", - Nihad Qulam yekunda bildirib.

Məlumat üçün bildirək ki, bu tamaşa illər sonra yenidən və yeni quruluşda səhnəyə qoyulub. Əsərə, eləcə də müəllifin müraciət etdiyi dövrə fərqli və yeni baxış bucağından nəzər salınacaq. 1967-ci ildə Tofiq Kazımovun quruluş verdiyi “Sənsiz” tamaşası dövrünün böyük maraqla qarşılanan səhnə əsərlərindən biri olub.

Tamaşada Xalq artisti Mehriban Zəki (Sevinc), Əməkdar artist Füzuli Hüseynov (Tərlan), aktyorlar İlahə Həsənova (Maral) və Ziya Ağa (Fərhad) çıxış edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm