Art
Bəzən bir ümid, bəzən göz yaşı... Filmlərimizin şah damarını tutan bəstəkar
500-dən çox mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi. "Şükriyyə", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Payız gəldi", "Aman ayrılıq",”Çiçək yağışı”,”Limanda” kimi dillər əzbəri olan,ruhumuza özünəməxsus rahatlıq bəxş edən Emin Sabitoğlu.
Publika.az xəbər verir ki , bu gün məşhur bəstəkarın vəfatından 23 il keçir.
Emin Sabitoğlu 1937-ci il noyabrın 2-də Bakıda görkəmli dramaturq Sabit Rəhmanın ailəsində anadan olub. Balaca Eminin sənət aləminə gəlişində təəccüblü heç nə yoxdur. Dövrünün bir çox ədiblərin övladları kimi o da xüsusi musiqi məktəbində təhsil aldı. Fitri istedadı, ürəyindəki duyğuları notlara köçürmək Emin Sabitoğlu üçün heç də çətin olmadı. Artıq 13 yaşından Emin Midhəd Əhmədovun bəstəkarlıq dərslərində iştirak edir. 1955-ci ildə Konservatoriyaya, Qara Qarayevin sinfinə qəbul olunur. Təhsilini Moskva Konservatoriyasında davam etdirərək məşhur professor Y.Şaporinin sinfi üzrə bitirir. 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb.

Bəstəkarın teatr və kino yaradıcılığında mahnı, estrada, simfoniya janrları məhartlə yer alıb. Elə buna görədir ki Emin Sabitoğlu sevilən mahnıları ilə yanaşı, teart və kino sahəsində də dillər əzbəri olan əsərlər yaradıb. Azərbaycan filmlərinin şah damarı sayılan musiqiləri məhz Emin Sabitoğlu imzasına məxsusdur.
O fərqli idi, ruhu, həyata baxışı, sevgisi də bir başqa idi. Çox az bəstəkar tapılar ki, mahnılarında melodiya ilə mətn arasında xüsusi bir harmoniya, bağlılıq olsun. Emin Sabitoğlu, bax o nadir bəstəkarlardan birincisi idi.

Bəstəkarın mahnıları Şövkət Ələkbərova, Flora Kərimova, Rəşid Behbudov, Yalçın Rzazadə, Hüseynağa Hadıyev, Zeynəb Xanlarova, Mirzə Babayev, Akif İslamzadə, Anatollu Qəniyev, Azər Zeynaov kimi sənətkarların repertuarında mühüm yer tutub.
Mahnılarında payıza tez-tez müraciət edib Emin Sabitoğlu. Bu da səbəbsiz deyil, payızda doğulan bəstəkar bu fəsli çox sevirdi. Taleyin işinə bax ki, elə çox sevdiyi payızın 18-ci günü həyatla əbədilik vidalaşıb.
Cəmilə
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama


















.jpg)



















