Art
“Yada Daşı” sənədli filminin təqdimat mərasimi keçirildi - FOTO
Bakıda “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmış “Yada Daşı” sənədli filminin təqdimat mərasimi keçirilib.
Publika.az xəbər verir ki, mərasimdə çıxış edən İctimai Birliyin sədri, filmin layihə rəhbəri Nurlana Hacıyeva bildirib ki, film qədim Azərbaycan torpağı olan Qərbi Azərbaycanda – Zəngəzurda dağıdılmış tarixi abidələrimiz və vətənsiz qalmış soydaşlarımızın acı taleyindən bəhs edir.
Layihə müəllifinin sözlərinə görə, peşəkar mütəxəssislər, sahəvi ekspertlərin rəyləri və həmin abidələrin yerləşdiyi ərazilərdə yaşamış qərbi azərbaycanlıların xatirələrinin təqdim olunduğu “Yada Daşı” filmində müsahibələrlə yanaşı, tarixi və unikal sayıla biləcək arxiv fotoşəkillərə, videokadrlara da geniş yer verilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva çıxışı zamanı ərsəyə gətirilən ekran əsərinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu film nəinki Qərbi azərbaycanlılar, bizim hər birimiz üçün xüsusi əhəmiyyət kəsb edir: “Əlbəttə, işlərimiz davam edəcək. Başqa planlarımız da var. Onların hər birini həyata keçirəcəyik”.
Təqdimat mərasimindən sonra çıxış edən Milli Məclisin deputatı Musa Quliyev yaradıcı heyətə təşəkkür edib: "Sanki o yerlərə gedib-gəldik. Bu, bizim ümummilli işimizdir. Artıq Qarabağ torpaqlarını işğaldan azad etmişik və Qərbi Azərbaycan yolu üzərindəyik".
Deputatın sözlərinə görə, indi hədəfləri müəyyən etməli və irəli addımlamalıyıq: "Nə gecikməli, nə də ləngiməliyik. Biz hamımız indi "Qərbi azərbaycanlıyıq" deməliyik. Necə ki, vaxtilə hamımız "Biz qarabağlıyıq" deyirdik".
"Dədə ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərov da belə bir filmə görə yaradıcı heyətə minnətdarlığını bildirib: "Düşünürəm ki, belə filmlər çox əhəmiyyətlidir. Bu cür filmlərlə biz tarix yaşatmış oluruq".
Qeyd edək ki, filmin təqdimat mərasimində ictimai-siyasi xadimlər, deputatlar və mədəniyyət nümayəndələri iştirak ediblər. Layihənin əsas məqsədi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına ictimai dəstək işinə töhfə verməkdir.
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama


















.jpg)



















