Art
Milli Dirçəliş Gününə həsr olunmuş musiqi axşamı keçirildi - FOTO
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Filarmoniyasının dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Milli Konservatoriyasının tərəfdaşlığı ilə Milli Dirçəliş Gününə həsr olunmuş “Azərbaycan, yazın gəldi” adlı musiqi axşamı keçirilib.
Publika.az xəbər verir ki, Kamera və Orqan Musiqisi Zalında keçirilən tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlər proqramına həsr olunub.
Tədbirdə çıxış edən “İRƏLİ” İctimai Birliyinin əməkdaşı Riad Cəbrayılov xalqımızın milli-azadlıq hərəkatı tarixindən bəhs edərək, bu çərçivədə Milli Dirçəliş Gününün əhəmiyyətinə toxunub. Qeyd olunub ki, ötən əsrin 80-ci illərində Azərbaycanın milli azadlıq hərəkatı dövlət müstəqilliyinin bərpasında olduqca mühüm rol oynayıb.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra olduqca böyük uğurlar əldə etdiyini bildirən Riad Cəbrayılov diqqətə çatdırıb ki, bu nailiyyətlərin məntiqi nəticəsi olaraq 44 günlük Vətən müharibəsində qazanılmış qələbə dövlətimizin gücü, xalqımızın birlik və həmrəyliyindən xəbər verir. 30 ildə Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan regionda prosesləri diktə edən tərəf olaraq, sülhün və sabitliyin əsas təminatçısıdır.
Daha sonra çıxış edən musiqişünas, bəstəkar Rüzgar Əhmədzadə “Şəms Qəmər” kamera xoru kollektivinin zəngin repertuarından bəhs edib. Vurğulanıb ki, 21-ci əsrdə görkəmli Azərbaycan bəstəkarlarının kütləvi janrlarda yaratmış olduqları əsərlərin, habelə yeni, gənc nəsil bəstəkarların əsərlərinin təqdimatı olduqca həssas və məsuliyyətli bir işdir. Bu işdə gənclərin üzərinə böyük vəzifələr düşür. Bu xüsusda, yaradıcı gənclərin birlikdə əmək sərf edərək belə tədbirlərin təşkili olduqca vacib və əhəmiyyətlidir.
Konsert proqramının davamında görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov, Rauf Hacıyev, Leonid Vaynşteyn və gənc bəstəkarlar Aysel Əzizova, Rüzgar Əhmədzadə, Röya Hüseynovanın müxtəlif əsərləri xalq mahnıları, həmçinin bədii kompozisiyalar təqdim olunub.
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video






.jpg)
.jpg)

.jpg)






.jpg)









.jpg)













