Art
Obrazları bütün titulları kölgədə qoyan Yaşar: Ölümündən üç gün əvvəl qızlarına deyib ki...
Duzlu-məzəli, bir az da baməzə adam idi. Hayı-küyü də öz yerində. Özünəməxsus rahatlıq bəxş edən aurası var idi. Həmişə də gülərdi. Bir də tez özündən çıxmağı var idi, yaxşı xatırlayıram... Bir neçə dəfə müsahibim olub. Bu gün dünyasını dəyişdiyi gündür Yaşar Nurinin.
Publika.az sevilən aktyor, adı və obrazları bütün titulları kölgədə qoyan Yaşar Nurini yad edir:
Sələfinin layiqli xələfi
Uşaqlıqdan aktyorluğa böyük həvəs gösrətib balaca Yaşar. Bu da təsadüfi deyil. Peşəkar aktyor Məmmədsadıq Nuriyevin oğlu olasan , canında, qanında aktyorluq olmaya?! Bəlkə də Yaşarın ağlına belə gəlməzdi ki, gün gələcək atasını belə geridə qoyaraq bütün zamanların ən çox sevilən aktyoru, sənətkarı adını qazanacaq. Yaşar Nuri ilk dəfə səhnəyə 11 yaşında “Toy kimindir?” tamaşasında Tapdıq rolunda çıxıb. Elə ulduzu da bundan sonra daha gur parlamağa başlayıb.

Əbədiyaşar Yaşar
Cox az aktyora nəsib olur ki, teatr və kinoda eyni dərəcədə sevilib, yaddaşlarda qala bilsin. Yaşar Nuridə bu tandem möhtəşəm alınıb. Seçim etmək, fərq qoymaq çətindi desək,yanılmarıq. Həm də onun elə adı bəs edirdi ki, üzdə gülüş, dodaqlarda təbəssüm yaransın. “Yollar görüşəndə “,”Evləri köndələn yar”, “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” , “Ac həriflər” televiziya tamaşaları necə sevilirsə, “Bəyin oğurlanması”, “Ad günü”, “Yol əhvalatı”, “Yaramaz”, “Yuxu”, “Hər şey yaxşılığa doğru”, “Lətifə”, “Qətl günü”, “Fransız”, “Yoxlama” kimi fimləri də eyni sevgi ilə izlənilir.

Xəstəxanların "fəxri sakini"
Deyib-gülən, yeyib-içən, şən-şux görünərdi hər zaman. Bir insan ömrünü bir aktyor ömrünə sığdıracaq nadir sənətkalardan oldu Yaşar Nuri. O heç kimi oynamadı, elə özü oldu istər səhnədə, istər kinoda, istərsə də həyatda. Ona nəyi isə göstəriş verə bilməzdin. Öz bildiyi kimi edərdi hər şeyi. Bu isə heç də həmişə xeyirinə işləmirdi.
Özü isə gülərək deyirdi: “ Bu dörd ildə xəstəxanların "fəxri sakini"nə çevrilmişəm...

Həyat eşqi güclü idi. Həm də ümidli idi. Ölümü ağlına gətirməsə belə ölümündən üç gün əvvəl qızlarına deyir: Mən öləndən sonra siz neyləyəcəksiniz?
İndi biz sadəcə sizi izləyirik. Bir ömrə bəs edəcək qədər sizdən xatirə qalan həmişəyaşar obrazlarınıza baxırıq, baxırıq, yenə də baxırıq.
Cəmilə
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar















.jpg)























