Art
Gərək inqilab edəsən - 73 yaşlı bəstəkar
İllərlə vətəndən uzaq düşdü, tənhalığı sevməsə də təklik ömrünə yazıldı, verdiyi sözü nəyin bahasına olursa olsun tutan, həyatda yalnız bircə dəfə ürəkdən sevən Cavanşir Quliyev.
Publika.az xəbər verir ki, bu gün görkəmli bəstəkarın 73 yaşı tamam olur. Bəstəkarla bağlı maraqlı faktları təqdim edirik:
Yaşadığım həyat mənim istədiyim həyatdır
Həyatıma ömrümboyu heç kəs müdaxilə etmədi. Buna imkan vermədim. Münasibət qurduğum adamlar mənimlə mənim istədiyim kimi rəftar etdilər. Eləməyəndə bir də üzümü görmədilər. Kim olur-olsun... Bu, mənim azadlıq hissimdən doğub. Məndə azadlıq hissi xəstəlik kimidir: heç kəsə həyatıma, işimə müdaxilə etməyə icazə vermirəm. Olub ki, bu mənə xoş olmayan anlar yaşadıb. Olsun... Nəticədə hamımız aşağıda bərabər olacağıq. Ona görə də imkan vermərəm kimsə həyatıma müdaxilə eləsin.
Mən dedimsə, bu düzəlməlidir, demək, düzəlməlidir
1990-cı ildə Cavanşir Quliyevi Azərbaycan Konsertlər Birliyinə bədii rəhbər təyin ediblər. Heç vaxt nə vəzifə hərisi, nə də hər hansı yüksək kürsüdə gözü olmayıb. Bəlkə də elə buna görədir ki, könüllü özü öz ərizəsini yazaraq yüksək postundan imtina edib. Müsahibələrinin birində belə deyir:
“Budu vəzifə? Oturub düşündüm, dedim, bu mənə uyğun deyil. Mən bu masanın ətrafında oturmaq üçün doğulmamışam. Ömür-gün gedir...”

O vaxt musiqi sahəsində bəzi problemləri həll edə bilib Cavanşir Quliyev. Özü belə deyir:
“Bəzi şeyləri düzəltdim. Bəzilərini isə düzəltmək üçün gərək inqilab edəsən. Qalsaydım və işləməyə həvəsim olsaydı, mütləq düzəldərdim. Çünki mən dedimsə, bu düzəlməlidir, demək, düzəlməlidir”.
Cavanşir Quliyev yaradıcılığı
İlk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tədbiq edən, ilk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işlədən bəstəkar genişşaxəli fəaliyyəti zamanı dövlət, millət üçün önəmli olan çox fikirləri nota çevirib, musiqi dilində danışıb. Bəstəkarın fəaliyyətində önəmli yerlərdən birini də kino üçün yazdığı musqilər tutur. Fərqli janrlarda çəkilən filmlərə (“Qocalar, Qocalar” (1982), “Qəm pəncərəsi” (1986), “Araqarışdıran”(1987), “Lətifə” (1989), “Haray”(1990), “Girişmə öldürər! (1991), “Şirbalanın məhəbbəti”(1991), “Fəryad”(1993), ”Cavid ömrü”(2007), “Buta”(2011), “Sübhün səfiri”(2012) və s.) dəvət alan bəstəkar kino ritmini musiqiylə birləşdirərək dolğu bir görüntünün mənzərəsini səsləndirə bilib.

“Hər şey gözəldir həyatda”, “Əzizim yarımgilə”, “Əsgər marşı”, “Azərbaycan Türkiyə", “ Yaz yağışı”
Nəfəs verdiyi hər bir bəstəsi ilə müğənnilərin yoluna işıq olub, hər bəstəsi dillər əzbərinə çevrilib sevilən bəstəkarın. Cavanşir Quliyevin musiqi obrazları dünyası da özünəməxsusdur: burada gözəllik, təbiilik, saflıq hökm sürür. İşığınız azalmasın, həyatınızda bundan sonra da hər şey gözəl və ürəyinizcə olsun, dəyərli Cavanşir müəllim. Siz çox yaşayın, yaşayın ki, hələ neçə-neçə sevilən, dillər əzəbri olan musiqilərə həyat verəsiniz. “Dünya bir pəncərədir, hər gələn baxar gedər...” Ömür pəncərəniz həmişə açıq olsun, xoş sədanız hələ uzun illər pəncərənizdən eşidilsin. Doğum gününüz mübarək!
Cəmilə
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?






.jpg)
.jpg)
.jpg)
.jpg)

















.jpg)












