Art
Dünyanın 60-a yaxın memarı Şuşada: Müzakirə və təqdimat olacaq
Bu gün Şuşada Türk dünyası memarlarının simpoziumu öz işinə başlayıb.
Publika.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstandan olan 60-a yaxın memar Şuşada aparılan və nəzərdə tutulan tarixi memarlıq abidələrinin bərpası, konservasiyası, tarixi mühitin abadlaşdırılması mövzularında müzakirələr aparacaq, təqdimatla çıxış edəcəklər.
İki gün davam edəcək simpozium zamanı “Qoruq idarəetməsində və icma ilə işdə problemlər, çağırışlar və yeniliklər”, “Tarixi şəhərlərin regenerasiya siyasətləri və sənədləri”, “Abidə və qoruq şəhərlərin qorunma qanunvericiliyi”, “Tarixi şəhərlərin iqtisadi və turistik imkanları və çağırışları”, “Tarixi Şəhər Mühitinin qorunması və müasir tələblərə adaptasiyası” və digər mövzular ətrafında panel müzakirələri aparılacaq.
Simpozium öz işinə noyabrın 25-də yekun vuracaq.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar















.jpg)























