Art
Atasına görə arzusundan əl çəkdi, nakam sevgi yaşadı: "Son yoxlama"sı həyatı bahasına başa gəldi
Uşaq vaxtı ən böyük arzusu rəssam olmaq olsa da, atasının istəyinə görə bu arzunu gerçəkləşdirə bilməyib. Atası bir oğlunu prokuror, Əjdəri isə aktyor kimi görmək istəyib. Bu gün Azərbaycan kino və teatr sənətində öz yeri, öz rolu, öz sözü olan Əjdər Həmidovun vəfatından 3 il keçir.
Publika.az aktyor haqqında maraqlı faktları təqdim edir:
Əjdər Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunda müəllim ailəsində dünyaya gəlib.İki qardaş, iki bacı olublar. Uşaqlıqdan rəssamlığa böyül maraq göstərsə də, atası onu aktyor görmək istəyir. Əjdər də atasının istəyini gerçəkləşdirmək məqədi ilə 1976-cı ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Elə tələbəlik illərindən tamaşalarda fərqli obrazlar canlandırmağa başlayıb.

Maraqlı obrazlar qalerayası
Əjdər Həmidov 1990-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. Və ömrününü sonuna kimi bu sənət ocağında çalışıb. "Özümüzü kəsən qılınc", "Burlaxatun", "Bu dünyanın adamları", "Hökmdar və qızı", "Ölülər", "Kaş araba aşmayaydı" və digər səhnə əsərlərində özünəməxsus obrazlar yaradıb.
Bir çox filmlərdə “Gənc qadının kişisi”, “Sahilsiz gecə”, “Lətifə”, “Girişmə, öldürər”, “Mənim ağ şəhərim”, “Hər şey yaxşılığa doğru”, “Yerlə gör arasında”, “Hacı Qara”, “Milli bomba”, “Yoxlama”, "Kişi sözü" kimi filmlərdə yaddaqalan obrazlar imza atıb.
Kişi sözü
Əjdər Həmidov "Kişi sözü" filmindəki Qasım obrazı ilə daha çox tanınıb. Aktyor filmin əsas qəhrəmanı Qasım kimi həyatda da böyük və dərin sevgi yaşayıb. Aktyor özü də bunu dəfələrlə müsahibələrində etiraf edib:
“Çox gözəl bir xanımı 10 ilə yaxın sevdim. Amma bəxtimiz gətirmədi, evlənə bilmədik. Ona görə də mən həmişə deyirəm ki, Qasımla mənim həyatımda oxşarlıq çoxdur. Kinoda Solmaza qarşı keçirdiyim hissləri həyatda da yaşamışam”.

Aktyorun son yoxlaması
Bəlkə də Əjdər Həmidov Yoxlama" filminə çəkilməsəydi daha çox yaşayardı. Və ya bəlkə bu da taleyin bir qisməti idi... Filmin çəkilişləri çox əziyyətli olub. Moskvadan onu əvəz etmək üçün 3 kaskadyor dəvət olunsa da, ən çətin və qorxulu səhnələri özü yerinə yetirib. İnadkarlığı isə ona baha başa gəlir. Yüksəklikdə çəkilən səhnələrin birində aktyor qorxub stress keçirib və xəstələnib. Bakını iki il tərk etməli olur, rayonların birinə gedib orada yaşamağa başlayır. Hətta iki dəfə intihara cəhd də edib.
Bu hadisədən sonra aktyor 2007-ci ildə insult keçirərək xəstəxanaya aparılıb. Əjdər Həmidov sonralar müsahibələrinin birində filmin çəkilişləri haqqında bu sözləri deyir: "Həmin filmdə elə səhnələr var idi ki, məni maşına sarıyırdılar, maşın da məni sürətlə sürüyürdü. Sonra məni qayadan aşağı atıblar, quyulara düşmüşəm, turbalardan keçmişəm və sairə. Yəni filmdə ağır səhnələrdə olmuşam, çox xəsarətlər almışam. Demək olar ki, çəkilişlər zamanı mənim bədənimdə sağ-salamat yer olmayıb”.

Bu, Əjdər Həmidovun həyatda "son yoxlama"sı olub. Aktyor 2020-ci il noyabrın 24-də Kliniki Tibbi Mərkəzdə insultdan dünyasını dəyişib.
Bu dünyadan bir Əjdər Həmidov gəlib keçdi. Özündən sonra yaxşı adam və yaxşı aktyor kimi yaddaşlarda qalan sadə, səmini Əjdər Həmidov.
Cəmilə
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar















.jpg)























