Art
“Təhminə”ni çəkəndə infarkt keçirdi, son arzusu... - VİDEO
"Baku" TV-də Xalq artisti, kinorejissor Rasim Ocaqova həsr olunan veriliş yayımlanıb.
Publika.az xəbər verir ki, verilişdə kinoşünas Aydın Kazımzadə, operator Rəfail Qəmbərov, Xalq artisti Hacı İsmayılov və digər tanınmış şəxslər Rasim Ocaqovla bağlı xatirələrini bölüşüblər.
Kinoşünas Aydın Kazımzadə bildirib ki, R.Ocaqov operator sənətinə vurğun olsa da, daha sonra rejissor olmaq qərarına gəlib:
“Rasim rejissor olmaq istəyəndə, Adil İsgəndərov ona icazə vermədi. Dedi ki, get diplom gətir. Ona görə də R.Ocaqov İncəsənət Universitetini oxuyub. Diplomunu A.İsgəndərova təqdim edəndən sonra yarımçıq qalan “Qatır Məmməd” filmi ona həvalə edilib. Bu film R.Ocaqovun kinoda ilk işi olub”.
Operator R.Qəmbərov “Ad günü” filminin quruluşçu operatoru ola bilmədiyi üçün məyus olduğunu deyib:
“Rasim bəy bu filmə məni dəvət edəndə Ağstafada başqa film çəkilişində idim. Ağstafadakı çəkilişlər uzandığı üçün “Ad günü” filmi mənə qismət olmadı”.
Xalq artisti Hacı İsmayılov aktyorluq həyatının necə başladığından danışıb:
“O vaxtlar kinostudiyada filmləri səsləndirirdim. R.Ocaqov “Ad günü” filminə məni dəvət etdi. Ağlıma gəlməzdi ki, kimsə məni filmə dəvət edər. R.Ocaqov dünyasına daxil olmasaydım, həyatım, yaradıcılığım tamamilə başqa cür ola bilərdi”.
Daha ətraflı süjetdə:
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar















.jpg)























