Art
Tünzalə Ağayeva məhkum qadınla duet oxuyacaq
“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimi Birliyinin ulduz səfiri seçilən Xalq Artisti Tünzalə Ağayeva ilk dəfə olaraq məhkum qadınlar arasında SƏS müsabiqəsi keçirəcək.
Publika.az xəbər verir ki,birliyin sədri Firuzə Cəlilova sənətçiyə birliyin himni olaraq mahnıları arasından birini seçməyi təklif edib. Müğənni bu fikri çox maraqlı şəkildə formalaşdırıb. T. Ağayeva öz mahnılarından birini Birliyin himni üçün seçəcəyini, lakin bu mahnını məhkum qadınlardan biri ilə duet şəklində oxuyacağını söyləyəndə onlar fikri çox bəyənib və bunun üçün hazırlıqlara başlayıblar.
Xalq Artisti hazırda məhkum qadınlar arasında ona lazım olan səsi tapmaq üçün seçim turu mərhələsinə başlayıb. Səs axtarışına çıxan sənətçinin duet ortağı kim olacaq? Məhkum həyatı yaşayan hansı qadının şansı üzünə güləcək? Məhkum olan hansı qadın şöhrətin bir astanasındadır? Bu sualların cavabını tapmağa lap az qaldı.
Qeyd edək ki, məhkum qadınlarla ünsiyyətdə müəyyən məhdudiyyətlər olduğu üçün Xalq Artisti seçimlərini video foratda aparır. Səslər telefonda çəkilib göndərilir, müğənni dinləyərk seçimlərini edir. Sənətçi etiraf edib ki, müsabiqəni elan edəndə qarşısına belə istedadların çıxacağını gözləməyib. O bizim qarşımıza kimi çıxaracaq?Maraqla gözləyək.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar













.jpg)

























