Art
Yaza-yaza ölən DAHİ - Azərbaycan tablosu yaradan VƏTƏN ADAMI
Bu da belə bir ömürdür yaşadım…
Bugünkü kimi yadımdadır,10-ci sinifdə oxuyan bacımın ədəbiyyat dəftərindən bir şer oxumuşdum. Ən çox da sevdiyim bu misralar idi:
Oğlun yoxdu - sonun yoxdu, dedilər,
Sağın yoxdu, solun yoxdu, dedilər,
Odun boyda suyun yoxdu, dedilər,
Bu da belə bir ömürdü, yaşadım.
Uşaq ağlımla necə təsir etmişdi bu misralar... 2-ci sinifdə oxuyurdum. İndi çox şeyi xatırlamıram, amma bu misralar yaddaşıma ömürlük həkk olunub. İlk tanışlığım belə başlayıb böyük Məmməd Arazla…
Adının əvvəlinə hansı sözü, titulu, müraciəti yazsan da, Məmməd Araz ucalığına çata bilməz. Ən gözəl sözlər belə Məmməd Araz fonunda çox cılız, kiçik görünür. Məmməd Araz bu torpağın adıdır, özüdür, sözüdür. Məmməd Araz bir çoxlarının çatmaq istəyib də , heç vaxt çata bilmədiyi ucalıqdır. Məmməd Araz Azərbaycan ədəbiyyatının imzasıdır, ön sözüdür.
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.

Poeziyamızın şahmisrası
Məmməd Araz yaradıcılığı bütövlükdə bir tarixdir. Öz millətinin, vətəninin yazılmayan salnaməsi, tarix dərsidir. Bəzən qəhrəmanlıq tarixi, bəzən mərdlik nümunəsi, bəzənsə ürək parçalayan taleyidir. Şairə görə Araz Azərbaycan həqiqətlərinin qan yaddaşıdır:
Qoy o qəbrin başdaşında,
Azərbaycan gülü bitsin.
Qoy o qəbrin başdaşında
Azərbaycan dili bitsin...
Məmməd Araz gülü bitsin!..
Məmməd Araz milli poeziyamızın Şahmisrası! Şimşəkqanad qartalların uçaraq ucala bildiyi qarlı zirvə! Məmməd Araz bizim poeziyamızın canlı klassiki. Məmməd Araz düşünən və düşündürən şair idi. Məmməd Araz öz şeirlərində gözəl bir Azərbaycan tablosu yaradan vətən adam idi.
Azərbaycan - mayası nur, qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər
"Azərbaycan" deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.

Vətən boyda Məmməd Araz
Məmməd Arazın şəxsiyyəti ilə poeziyası böyük bir vəhdət təşkil edir. Böyük şair olmağın yolu böyük insan olmaqdan keçir. Məmməd Araz bu böyüklüyü varlığı, şəxsiyyəti, yaradıcılığı ilə haqqını verdi. Məmməd Arazın yaradıcılığı, şəxsiyyəti fəlsəfi lirikası, poeziyası hər zaman milli təfəkkürə, milli yaddaşa, Vətənə, torpağa, bötövlükdə Azərbaycana bağlı oldu.
Səninləyəm, haqq-ədalət, səninləyəm,
Milli qürur, milli qeyrət, səninləyəm!
Səpil quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət, səninləyəm,
Ayağa dur, Azərbaycan,
Səninləyəm!
Məmməd Araz kitablarından birinə yazdığı müqəddimədə belə deyir: “Əsl tərcümeyi-hal şairin şeirləridir. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir”.
Məni şeirimdə gəz insan kimi,
Qəlbimdə nə varsa, onu demişəm.
Anadan-bacıdan gizlətdiyimi
Kağızdan, qələmdən gizlətməmişəm.
Dünya sənin, Dünya mənim, Dünya heç kimin...
Gizlətmədikləridir bu gün oxuduqlarımız, sevdiyimiz şerləri. "Yaza-yaza ölürəm" deyirdi böyük şair. Elədir, o ölə-ölə yazanlardan deyil, ən son nəfəsinə kimi yaza-yaza gedənlərdən oldu bu həyatda:
Dərd eləmə, desəm ki:
Yazı masam, ölürəm!
Ölə-ölə yazmıram:
Yaza-yaza ölürəm...

Kişi kimi yaşadı, kişi kimi də getdi Məmməd Araz. Çox həqiqətlərdən, mətləblərdən agah etdi bizi. Dünyada insanlıqdan, yaxşı, mərd dürüst adam olmaqdan ziyadə hər şeyin əslində bir heç olduğunu anlatmağa çalışdı, şair.
Anlaya bildikmi?
Çevrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan,
Eşidərsən: pıçıldayır yıxılan, duran,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...
Bu gün Xalq şairi Məmməd Arazın vəfatından 19 il ötür.
Cəmilə Hətəmxanova
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar













.jpg)

























