Art
Rasim Balayev bu xəbəri eşidəndə sevindiyindən AĞLAYIB
“Bəzən deyirlər ki, istedadlı aktyorlar yoxdur. Bu sözlə razı deyiləm. Əlbəttə ki, var. Sadəcə olaraq onları ortalığa çıxarmaq lazımdır. Onlar üçün dramaturji material, ssenari olmalıdır. Mənim rejissorum, ssenaristim olmayandan sonra mən nə edə bilərəm?”
Publika.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti, sevilən sənətkar Rasim Balayev deyib. O daha sonra əlavə edib.
“O vaxt çəkilmək istəyirdim, çəkmirdilər. Deyirdilər ki, sənin üzün kinoya düşmür. Heç fikirləşmirdim ki, “Nəsimi” filminə məni çəkəcəklər. Çünki eşitmişdim ki, həmin rola məşhur bir aktyoru çəkəcəklər. Düzü bilmirdim ki, o kim idi? Mən xəstəxanada idim bu rola çağırılanda. Həsən Seyidbəyli iki ay mənimlə məşq edəndən sonra məni bu rola təsdiq etdilər. Nəsimi roluna təsdiq olunanda sevindiyimdən ağlamışdım. “Dədə Qorqud” filmində rejissor oynadığım Beyrək roluna Nodar Şaşıqoğlunu çəkmək istəyirdi. Bədii Sovet məni təsdiq etdi. “Babək” filminə çəkilməyə də gümanım yox idi. “Nəsimi” filmi mənim üçün yaşıl işıq yandırdı. Çox təkliflər gəlirdi. Birbaşa çəkirdilər, sınaqa da çağırmırdılar”, - deyə sənətkar bildirib.
Xalq artisti bildirib ki, hər zaman müxtəlif xarakterli rollar oynayıb:
“Rasim Ocaqovun dörd filmində çəkilmişəm. Deyirdi ki, hazırlaş sənin üçün rol var. “Həm ziyarət, həm ticarət” filmindəki rolumu tamaşaçılar bir o qədər də qəbul etmirdilər. Çünki məni o rola qədər müsbət obrazlarda görmüşdülər. Tamaşaçılar məni həmin rola yaraşdırmırdılar. Rasim Ocaqov məni bu rola dəvət etməyi belə əsaslandırmışdı ki, bizi bəzən mələk simalı insanlar da aldadırlar. Çalışmışam ki, müxtəlif xarakterli rollar oynayım ki, monotonluq yaranmasın”.
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?
-
Dünya10:20Estoniya-Rusiya sərhədində böyük növbə: Kamran Əbilov səbəbini açıqladı
-
Maraq dünyası09:44Epşteynin 100 milyonluq sərvətinin varisi bəlli oldu: Belarusdandır
-
Sosial08:48Bakının iki qəsəbəsində QAZ OLMAYACAQ
-
ABŞ08:36ABŞ 50 illik təhlükəsizlik prinsipindən imtina etdi - Sərt qoruyucu tədbirlər tətbiq ediləcək






.jpg)
.jpg)
.jpg)







.jpg)
.jpg)









.jpg)











