Art
Bəlkə, antrakt elan edək? - Yox canım, indi Hətəmxanova öz məharətini göstərəcək: Ağasadıq Gəraybəyli
"Bəlkə, balaca bir antrakt elan edək?"
"Yox canım, qrupun fəalları Hüseynova bacıları bu dəqiqə öz məharətlərini göstərəcəklər..."
"Məşədi İbad, sən bizə xoş gəlib, bizi şad elədin!
Bir de görüm, nə oldu ki, nə oldu ki, bizi yad elədin?" və sair...
Böyükdən kiçiyə hamımızın dillər əzbəridir bu deyimlər.
Bu cümlələri obrazlı şəkildə yaddaşımıza həkk edən Xalq artisti Ağasadıq Gəraybəylinin vəfatından 35 il ötür.
Publika .az sənətkarla bağlı ən maraqlı məqamları təqdim edir.
Acı xatirələrə bağlı uşaqlıq
Ağasadıq Gəraybəyli 1897-ci ilin yazında Novruz bayramı ərəfəsində dünyaya göz açıb. Şamaxıda anadan olan Ağasadıq atasını erkən yaşlarında itirib. 1902-ci ildə bütün Şamaxı əhalisi kimi Gəraybəyli ailəsi də böyük faciənin qurbanlarından olur. Güclü zəlzələ nəticəsində onların evləri dağılır, bir müddət sonra atası da dünyasını dəyişir. Uşaqlığı onun yaddaşına ən acı xatirlərlə yazılıb. Ağasadəq Gəraybəyli öz xatirlərində belə deyir:
“İndi də xatırlaya bilmirəm ki, necə oldu Bakıya gəldim. Ancaq qonşumuz Məşədi Məhəmmədin dedikləri hələ də qulaqlarımda səslənir: "Get, a bala, canın zəlzələdən qurtaracaq. Əlin Allahın ətəyində olsun. Zəhmət çəkərsən, bəhrəsini də görərsən". Sahibsiz uşaq idim. Tanımadığım bir darvazanı döydüm. Gülərüz, mehriban baxışlı, nurani, ahıl bir kişi qapını üzümə açdı. Elə bil məni çoxdan tanıyırdı. "Gəl görüm, nə istəyirsən?" Kimsəsiz olduğumu ona danışdım. Qəfil dilləndi: "Ay qız, Heyran, haradasan? Tanrı bizə züriyyət göndərib". Həmin gündən Əlisəttar kişidən atalıq, Heyran xanımdan analıq nəvazişi gördüm”.

Uğura gedən yol və ya bəxti gətirən aktyor
Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Dövrün tanınan ziyalısı Hüseyn Ərəblinskidən çox mətləbləri öyrənib. Mirmahmud Kazımovskinin təşkil etdiyi teatr dərnəklərin ən fəal üzvü olub. 1908-ci ildə Hüseyn Ərəblinskinin truppasında işləyən rejissor qardaşı Ağayarın köməyi ilə səhnəyə çıxıb. Professional səhnəyə 1921-ci ildə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrının səhnəsindən başlayıb və 1932-ci ilə kimi bu teatrda çalışıb İlk dəfə 12 yaşında səhnəyə çıxıb böyük aktyor. Onun teatra gəlməyində qardaşının da böyük rolu olub.
Teatr, kino, 200 dən çox sevilən obrazlar
O, 200 müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə çıxıb: Nəriman Nərimanovun "Nadir şah", Üzeyir Hacıbəylinin "Arşın mal alan", Cəfər Cabbarlının "Sevil", "Od gəlini", "1905-ci ildə", sonralar "Vaqif", "Həyat", "On ikinci gecə", "Xanlar"... Yaratdığı obrazların hər birinin adı teatr tarixinə qızıl hərflərlə yazılıb.
Kino sənətinə də 1920-ci illərdən gəlib. İlk dəfə "Qız qalası" səssiz filmində (Əyan) epizodik obrazı oynayıb. Sonra "Hacı Qara"da Əsgər bəy rolunu oynayır. Cəfər Cabbarlı "Sevil" filmində Balaş rolunu məhz ona həvalə edir. “O olmasın, bu olsun da” Rüstəm bəy, “ Bəxtiyar” filmində Ağabala rollarını yaradan aktyor “Qız qalası əfsanəsi”, “Hacı Qara”, “Sevil”, “Dəcəl dəstə” , “Bakılılar”, “Fətəli xan” daxil olmaqla 200-dən çox maraqlı və sevilən obrazlar canlandırıb.

O olmasın, bu olsun
Ağasadıq Gəraybəlinin vizit kartı olur "O olmasın, bu olsun" filmidir.
Aktyor Rüstəm bəy obrazının taleyini - həm keçmişini, həm də mövcud vəziyyətini elə mükəmməl tərzdə canlandırıb ki. Tanınmış teatr-kino xadimi Adil İsgəndərov dəfələrlə qeyd edib: "Əgər Ağasadıq Gəraybəyli təkcə Rüstəm bəy rolunu oynasaydı, yenə də ekran sənətimizin fəxri kimi xatırlanardı".
Bu dünyadan bir Ağasadıq Gəraybəyli keçdi
Uğurlarından danışmağı sevməyən biri idi Ağasadıq Gəraybəyli. Heç vaxt rollarından danışıb öyünməz, qürrələnməzdi. Baxmayaraq ki, ona Akademik Milli Dram Teartrında ən çox rol oynayan aktyor deyirdilər. O, şəxsi həyatından, ailəsi haqqında danışmağı sevməyib. O, yalnız sənəti ilə yadda qalmaq, xatırlanmaq, sevilmək istəyib. Və buna da artıqlaması ilə nail olub. Ağasadıq Gəraybəyli 80 il səhnədə olan yeganə aktyor idi. Komediya, dram, faicə bütün janrları eyni istedad, sevgi və məharətlə canlandırıb böyük aktyor. Aktyorun sonuncu rolu “Xurşidbanu Natəvan” tamaşasında yaşlı knyaz obrazı olub. Rolunu o qədər mükəmməl ifa edib ki, həmkarlarının çoxu, eləcə tamaşaçılar da hiss etməyiblər ki, 92 yaşlı aktyorun gözləri görmür. Budur akyorun böyüklüyü, peşəkarlğı.

Deyilənə görə, Ağasadıq Gəraybəyli “Sənsiz” romansının sədaları altında dəfn olunub.
Göz yaşlarını yadların sevgisi ilə qurudan, həyatın ondan hələ erkən yaşlarından aldıqlarının həsrəti olub bəlkə də ona “Sənsiz”i sevdirən...
Cəmilə Hətəmxanova
-
Sosial11:16Pərvin Quliyevaya yüksək vəzifə verildi
-
Dünya10:30ABŞ İslamabadda Tehrandan nə tələb edib? - İranın Tunisdəki səfiri hər şeyi açıqladı
-
Dünya10:06Amerikalı alim təsdiqlədi: Nuhun gəmisi oradadır
-
İdman09:42“Neftçi”nin bəyanatı AFFA-nı qorxuya saldı: Digər klublar da üsyana hazırlaşır?
-
Dünya09:30Tramp atəşkəsi uzatdı: İngiltərədə belə ələ saldılar
-
Sosial09:12Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
-
Magazin208:00Sezon finalının tarixi açıqlandı
-
Səhiyyə07:30Bu amil ürək tutması riskini ikiqat artırır












.jpg)


























