Art
Səhnəmizin "Sezar"ı, "Görüş"ün üçün darıxmışıq... - HƏSƏNAĞA SALAYEV 102
Oturub saatlara bu şəkilə tamaşa etmək istəyir adam...
Çox yaraşıqlıdır, deyilmi?
İri qara gözlər, sıx kipriklər, özünəməxsus, dərin baxışlar...
Bir də bu sadaladıqlarımı tamamlayan bənzərsiz səs tembri...
Onu romantik aktyor məktəbinin ən gözəl nümunələrindən biri adlandırırlar.
Azərbaycan teatr və kino tarixində fərdi yaradıcılıq üslubuna görə sevilən, yaratdığı obrazlarına görə haqlı olaraq romantik və realist aktyor məktəbinin estetik prinsiplərini yaşadan sənətkar Həsənağa Salayevin anadan olmağının 102-ci ildönümüdür.
Publika.az unudulmaz aktyorun həyat və yaradıcılığının ən maraqlı məqamlarını təqdim edir.
Teatr və kinoda fərqlənən sənətkar
Həsənağa Salayev 1921-ci il dekabrın 5-də Bakıda doğulub boya-başa çatıb. 1937-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Teatr Texnikumuna daxil olub. Elə tələbə ikən Akademik Milli Dram Teatrının aktyor heyətində yer alıb. Teartra gəldiyi ilk gündən fərqlənib, özünü təsdiq etməyi bacarıb yaraşıqlı aktyor. Bəlkə də elə buna görədir ki, həmin illərdə İkinci Dünya müharibəsi zamanı Vətənin müdafiəsinə gedən Salayev 5 ildən sonra sənət ocağına qayıdanda eyni şövqlə, sevgi ilə, qaldığı yerdən davam edib yaradıcılığına. Müxtəlif illərdə Səməd Vurğunun "Xanlar" (Mamulya), "Fərhad və Şirin" (Fərhad), "Vaqif" (Eldar, Qacar və Vaqif), Zeynal Xəlilin "Qatır Məmməd" (Əziz), Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Mustafa), Uilyam Şekspirin "Otello" (Montano), "Antoni və Kleopatra" (Sezar) və onlarla digər tamaşalarda xarakterik səhnə obrazlarını yaradıb. Aktyor 13 filmdə rol alıb. “Fətəli xan”, "Koroğlu", “Onu bağışlamaq olarmı?”, “İstintaq davam edir”, “Görüş” filmləri, "Aygün" bədii filmində təkrarı olmayan sənətkarlıq nümayiş etdirib.

Qürürlü, məğrur, romantik Salayev
Nadir akytorlardan idi, Akademik Milli Dram Teatrının janr və üslub prinsiplərini həmişə qoruyub saxlayıb. Sidqi Ruhulla, Mərziyə Davudova, Ələsgər Ələkbərovu, Mövsüm Sənani, Ağasadıq Gəraybəyli kimi nəhəng sənətkarları görüb səhnədə. Bu sənətkarldan öyrənib peşəkarlığın yollarını. Romantik akytor məkəbi istiqamətinin aparıcı sənətkarlarından biri olub Həsənağa Salaeyev. Həssas, zərif, incə, psixoloji lirizmi olan sənətkar idi. Çox romantik aktyor idi, həssas və incə ruhu onu hər zaman digər həmkarlarından fərqləndirib. Elə ona olan böyük sevginin kökləri də məhz bundan qaynaqlanır.

- Bu nə eşqdir ki, sən qalasan tək,
Mənim də qəlbimi intizar üzə.
Neçin oturmayaq hər gün üz-üzə,
Beş günlük dünyada dövran sürməyək?
Bu misraları bir başqa səsləndirib Həsənağa Salayev… Özü kimi səsi də fərqli, bənzərsiz idi. Səslə obrazın vəhdətini yarada bilib hər zaman.
Səhnəyə gəlib, səhnədə gedən aktyor
Mən səhnəyə gəldim və səhnədə də getdim. Dünyaya səhnədə olmaq üçün gəlmişdim, sənət üçün doğulmuşdum və səhnə də bu missiyamı başa vurdum. Məni soruşsalar məhz belə deyin, demişdi. Yaradıcılığının ən müdrik çağında, 54 yaşında Həsənağa Salayev qəfildən iflic olur. Bir daha səhnəyə çıxmayan aktyor 1981-ci il oktyabrın 2-də dünyasını dəyişib.

Onun haqqında hamının bir ağızdan dediyi bir kəlmə var: Çox kişi adam idi! Həddən artıq vəfalı insan idi. Onun özündə, mərdliyində, kişiliyində bir ağayanalıq var idi. Hər kişiyə nəsib olmayan səadət!
İnsan gedər adı qalar deyirlər. Nə xoş o kəsin halına ki, adı həmişə yaxşı xatırlana. Həsənağa Salayev adı kimi...
Cəmilə Hətəmxanova
-
Sosial11:16Pərvin Quliyevaya yüksək vəzifə verildi
-
Dünya10:30ABŞ İslamabadda Tehrandan nə tələb edib? - İranın Tunisdəki səfiri hər şeyi açıqladı
-
Dünya10:06Amerikalı alim təsdiqlədi: Nuhun gəmisi oradadır
-
İdman09:42“Neftçi”nin bəyanatı AFFA-nı qorxuya saldı: Digər klublar da üsyana hazırlaşır?
-
Dünya09:30Tramp atəşkəsi uzatdı: İngiltərədə belə ələ saldılar
-
Sosial09:12Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
-
Magazin208:00Sezon finalının tarixi açıqlandı
-
Səhiyyə07:30Bu amil ürək tutması riskini ikiqat artırır












.jpg)


























