Art
Əməkdar artist Nuriyyə Hüseynovadan növbəti LAYİHƏ
Beynəlxalq Muğam Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Gənclərə dəstək" adlı konsert proqramı keçirilib.
Publika.az xəbər verir ki, konsert “Dünya musiqi xəzinəsinin incisi Muğam” İctimai Birliyinin, “Qorqud” Folklor Ansamblının və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
Tamaşaçılar tanınmış xanəndə, Əməkdar artist Nuriyyə Hüseynovanın, müğənni-bəstəkar Çilənay Hüseynovanın və Şəmkir məktəblisi, beynəlxalq müsabiqələr laureatı tarzən Mirnofəl Həsənovun çıxışlarını maraqla qarşılayıblar.
Konsertdən öncə çıxış edən Əməkdar artist Nuriyyə Hüseynova Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb:
"Mən uşaq ikən Heydər Əliyevin dəstəyi və diqqəti nəticəsində Naxçıvandan Bakıya gəlib təhsil aldım. O, hər zaman gənclərə dəstək olurdu. Bu konserti Ulu öndərin 100 illiyinə ithaf edirəm. Və Şəmkirdən istedadlı gənc Mirnofəl Həsənovun Bakıda konsert verməsinə, üzə çıxmasına vəsilə oldum", - deyə əməkdar artist "Gənclərə dəstək" layihəsi barədə məlumat verib.
Rəngarəng konsertdə Əməkdar artist Nuriyyə Hüseynova və müğənni Çilənay Hüseynovanın ifalarında xalq və bəstəkar mahnıları səsləndirilib.
Tamaşaçılar gənc istedad Mirnofəl Həsənovun tarda ifasını alqışlarla qarşılayıblar.
Konsertdə Azərbaycan muğam sənətinin görkəmli xanəndələri, şəhid ailələri, Milli Məclisin mədəniyyət komitəsinin sədri Fazil Mustafa və incəsənət nümayəndələri iştirak ediblər.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































