Art
“O hissləri yaşamaq üçün gərək o dünyaya gedək” - Dediyini edən Ramiz Məlik
50 il bir sənət məbədində işləmək, yaşa dolmaq – qocalmaq yox ha - məhz yaşa dolmaq hər sənətkara nəsib olmur. O insanlarla ki ünsiyyətdə olmuşam, o əsərlər üzərində ki karifey sənətkarlarla çalışmışam… Xoşbəxtliyimiz onda idi ki, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Məlik Dadaşov kimi korifey müəllimlərimiz olub. Bu əsl xoşbəxtlikdir!
Publika.az xəbər verir ki, bu sözlərin müəllifi Xalq artisti Ramiz Məlik bu gün 80 yaşında vəfat edib.
1943-cü il avqustun 4-də Bakıda doğulan Ramiz Məlik 1961-ci ildə sənədlərini hazırkı Neft Akademiyasına versə də, qəbul ola bilmir. 1963-cü ildə isə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alır. 1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülür. Elə o vaxtdan indiyə kimi teatrda fəaliyyətini davam etdirir.

Müsahibələrinin birində sənət aləminə necə gəldiyini, hansı çətinliklərlə qarşılaşdığını elə ürəklə danışırdı ki. Əslində heç vaxt aktyor olmağı nə arzulayıb, nə də ki xəyal edib... Amma qismətdən qaçmaq olmur axı...
“Orta məktəbi bitirən kimi sənədlərimi Neft-Kimya İnstitutuna verdim, axırıncı imtahandan kəsildim. Sonra sənədlərimi “Politexnik” İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) təqdim etdim, bu dəfə də üçüncü imtahandan kəsildim. Əvvəllər Əbilov adına klubda dram dərnəyinin iştirakçısı olsam da, heç vaxt sənətə gəlmək istəməmişəm. Ancaq “Politexnik” İnstitutundan kəsiləndən sonra rejissor olmaq qərarına gəldim, sənədlərimi Mirzağa Əliyev adına Teatr İnstitutunun rejissorluq fakültəsinə verdim və daxil oldum. Yer olmadığı üçün institutun rektoru Rahib Hüseynovun və Xalq artisti Məlik Dadaşovun məsləhəti ilə aktyorluq kursunda oxudum. Bir şərtlə ki, yanvar ayında rejissorluq kursuna keçəcəkdim. Ancaq başım Məlik Dadaşovun dərslərinə elə qarışdı ki, bir də ayıldım ki, birinci kursu bitirirəm. Xəbərim olmadan Rahib müəllim də əmrimi aktyorluq fakültəsinə vermişdi. Beləliklə, taleyimə aktyor olmaq yazıldı”.
Və nə yaxşı ki də yazıldı. Azərbaycan teatr və kino sənəti böyük bir peşəkarı, sənətkarı, Azərbaycan tamaşaçısı isə çox sevdiyi yaraşıqlı, özünəməxsus səs tembrinə malik xarizmalı aktyorunu qazandı.
1960-cı illərin sonlarından kinoya dəvət alan Ramiz Məlik az müddət ərzində bir-birinin ardınca filmlərə dəvət alır, irili-xırdalı müxtəlif obrazlar ilə tamaşaçıların sevgisinə sahib olur.
“Qanun naminə”, “O qızı tapın”, “Yeddi oğul istərəm” , “Babək” “Sevinc buxtası”, “Doğma sahillər”, “Tütək səsi, “Ad günü” kimi 60- dan çox filmdə, “Hamlet”, “İblis”, “Od gəlini”, “Atabəylər”, “Sevgililərin cəhənnəm vüsalı” kimi saysız-hesabsız tamaşalarda özünəməxsus, sevilən, yadda qalan obrazlar yaradıb Ramiz Məlik.
.jpg)
Dublyaj sahəsində də seçilən, sevilən səs sahibi idi aktyor. Aydın, fərqli, səlis diksiyası, məlahətli və özünəməxsus səsi neçə-neçə obrazları sevdirib tamaşaçıya.
Ramiz Məlik verilişlərin birində özü haqqında danışarkən deyib ki, mən çox xoşbəxt sənətkaram. Xoşbəxtəm ki, sənətimə olan hörməti, qiyməti mən dövlət tərəfindən sağlığımda almışam. Bir sənət adamı üçün bundan böyük səadət ola bilməz!
Jurnalistlərdən birinin “Ötən illərə nəzər salsaq, nələr yada düşər?” sualına, Ramiz Məlik belə cavab verib:
“O nostalji hisslərdir. Doğurdan da mən o illəri arzulayıram. İstəyirəm o illər qayıtsın. Allah heç olmasa bir həftəlik də olsa o nostalji hissləri yenidən yaşamağı bizə nəsib etsin. Ki, o dövrün hissləri ilə yenidən yaşayaq... Amma qayıtmaq mümkün deyil. Gərək o dünyaya gedək. O da Allah bilən məsləhətdir...”
Kim bilir, bəlkə də özünün də çox arzuladığı, istədiyi üçün getdi o dünyaya Ramiz Məlik... Həsrətində olduğu o hissləri yenidən yaşamaq üçün...
Məkanı cənnət, ruhu şad olsun!
Cəmilə Hətəmxanova
-
Dünya10:06Amerikalı alim təsdiqlədi: Nuhun gəmisi oradadır
-
İdman09:42“Neftçi”nin bəyanatı AFFA-nı qorxuya saldı: Digər klublar da üsyana hazırlaşır?
-
Dünya09:30Tramp atəşkəsi uzatdı: İngiltərədə belə ələ saldılar
-
Sosial09:12Azərbaycanda internet bahalaşdı - Yeni qiymət
-
Magazin208:00Sezon finalının tarixi açıqlandı
-
Səhiyyə07:30Bu amil ürək tutması riskini ikiqat artırır
-
Region06:46Türkiyədə 9 nəfəri öldürən şagirdin anası həbs edildi - FOTO
-
Magazin206:16Məşhur aktyorun sevgilisi tamamilə çılpaq poza verdi - FOTO

















.png)




















