Art
"Oskar" namizədlərinin siyahısı açıqlandı: “Barbie” filmi liderdir
Kino Sənətləri və Elmləri Akademiyası on kateqoriya üzrə "Oskar" namizədlərinin qısa siyahısını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb. Namizədlərin sayına görə lider, bir çox tənqidçinin proqnozlaşdırdığı kimi, Qreta Qerviqin Marqo Robbi və Rayan Qoslinq ilə birlikdə çəkdiyi "Barbie" filmi olub. Nominasiyalarda ən çox adı çəkilən filmlər arasında “Çiçəkli Ayın qatilləri”, “Oppenheymer”, “Napoleon”, “Kasıb bədbəxt”, “Hörümçək-adam: Kainatlar toru” və digər filmlər də var. Ən yaxşı qısametrajlı bədii film adı uğrunda Ues Andersonun “Henri Şuqarın ecazkar hekayəsi” və Pedro Almodovarın “Qəribə həyat yolu” filmləri yarışacaq.
Beynəlxalq Film, Soundtrack, Mahnı, Qrim, Səs, Vizual Effektlər, Sənədli və Qısa Filmlər kateqoriyaları üzrə namizədlər də açıqlanıb. Namizədlərin tam siyahısı yanvarın 23-də mediaya təqdim olunacaq. "Oskar" mükafatlarının təqdimolunma mərasimi gələn il martın 10-da Dolby Teatrında keçiriləcək.
Ən yaxşı beynəlxalq film adı uğrunda 15 film mübarizə aparır: alman rejissoru Vim Vendersin “Mükəmməl günlər”, meksikalı rejissor Lila Avilesin “Totem”, ispan rejissoru Xuan Antonio Bayonanın “Qar cəmiyyəti”, britaniyalı rejissor Conatan Qleyzerin “Maraq zonası”, ukraynalı rejissor Mstislav Çernovun “Mariupolda 20 gün” filmi və.s. Siyahıya Türkiyə, Danimarka, Finlandiya, Fransa, Almaniya, İtaliya, Tunis və Mərakeş filmləri də daxildir.
“Ən yaxşı musiqi” kateqoriyası uğrunda isə “Barbie”, “Oppenheimer”, “Oğlan və quş”, “İndiana Cons və taleyin çarxı”, “Hörümçək-adam: Kainatların şəbəkəsi” və digərləri mübarizə aparacaq.
Aytən
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı







































